miomalar / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

miomalar-1200x675.jpeg

20 July 2022 Ginekologiya13

Miomalar hamiləlik zamanı sıx rastlaşdığımız problemlərdən biridir. Reproduktiv yaşda poliklinikaya müraciət etmiş hər 3-4 qadından birində miom problemi ilə rastlamış oluruq. Bu miomalar çox zaman təsadüfü ultrasəs müayinəsi zamanı və ya keysəriyyə əməliyyatı sırasında aşkarlamış olur və ya hamiləliyin gedişatında miomun qidalanmasının pozulmasına bağlı olaraq kəskin qarın ağrıları, erkən doğum fəaliyyəti ilə başlaya bilir.

Ümumiyyətlə, miomalar çox zaman hamiləlikdə az sayıda, xırda ölçüdə və hamiləliyin gedişatına mənfi təsir göstərə bilməyəcək uşaqlığın bir nahiyəsində yerləşmiş olur.

Miomanın hamiləliyin gedişatına mənfi təsir göstərə bilməsi üçün bir neçə şərtlər vardır.

Bunlardan birincisi miomanın endometriuma yaxın yerləşməsidir. Endometrium adlandırdığımız gələcəkdə dölün yerləşəcəyi uşaqlığın iç qatına kənardan təzyiq göstərən miomalar çox zaman erkən düşüklərə, hamiləliyin erkən sonlanmasında səbəb olurlar. Çox zaman belə miomalar hamiləlikdən öncə aşkarlanmış olur və cərrahi müdaxilə edilmiş olur.

İkinci faktor isə ciftin miomanın üzərində yerləşməsidir. Ciftin miomanın üzərində yerləşməsi zamanı gələcəkdə özəlliklə hamiləliyin 30-cu həftəsindən sonra uşaqda inkişaf geriliyi əlamətləri müşahidə oluna bilər.

Üçüncü faktor isə miomanın servikal kanala, yəni uşaqlıq boynuna yaxın yerləşməsidir. Miomanın uşaqlıq boynuna yaxın yerləşməsi zamanı mexaniki təzyiq göstərməsi nəticəsində həm normal doğum fəaliyyətini əngəlləmiş olur, həm uşaqlığın doğum fəaliyyəti zamanı saya əzələsinin yığılma qabiliyyətini pozaraq normal doğumu əngəlləmiş olur ki, bu zaman çox vaxt keysəriyyə yolu ilə normal doğuşun sonlandırılması məsləhət görülür.

Miomalar hamiləlik zamanı, özəlliklə, hamiləliyin ilk 3 ayında sürətlə böyümüş olurlar. Miomanın sürətlə böyüməsinə bağlı olaraq diafraqmaya təzyiq göstərməsi anada tənəffüs problemlərinə səbəb ola bilər. Bundan başqa, hamiləlikdə miomanın sürətlə böyüdüyü bir dövrdə dölün də və uşaqlığın da hamiləliyin inkişafında sürətlə böyüdüyü bir zamanda qanın daha çox uşağa və uşaqlığa gəlməsi zamanın miomun qidalanması pozulmuş olur ki, bu da miomanın çürüməsi, miom degenerasiyası dediyimiz hal ilə rastlaşmış olur ki, 5-10 faiz hallarda hamilələrdə ciddi qarın ağrılarına, hətta xəstəxanaya yatışı belə gərəkdirəcək ciddi ağrılara, erkən doğum fəaliyyətinə səbəb ola bilər.

Özəlliklə, 24-26-cı həftədən sonra 5 sm üzərində olan, çox sayıda olan və ciftə yaxın yerləşmiş miomalar ərkən doğum fəaliyyətini tətikləmiş ola bilərlər.

Miomalar bəzən malprezentasionlara da səbəb ola bilər.

Malprezentasion nədir?

Doğuşu gözlədiyimiz bir dövrdə baş gəlişində gözlədiyimiz bir dölün sağrı gəlişində və ya ayaq gəlişində olmasıdır ki, bu zaman da hamiləliyin cərrahi yolla sonlandırılması məsləhət görülür.

Mioması olan qadın normal doğuş edə bilərmi? Miomanın olması qətiyyən normal doğuşa əngəl deyildir. Sadaladığımız hallar zamanı isə cərrahi əməliyyat, yəni doğumun keysəriyyə əməliyyatı ilə sonlandırılması məsləhət olunarsa, bu zaman əməliyyat zamanı qanaxma riski yüksək olduğu üçün mütləq olaraq uzman həkimlər tərəfindən aparılmalıdır.

Uzman Dr.İranə Qorçiyeva, Cərrah mama-gineokoloq




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!