saç tökülmesi / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

qadinlarda-sac-tokulmesi-1200x675.jpeg

18 November 2022 Dermatologiya9

Qadınlarda saç tökülməsinin səbəbləri çoxdur, müxtəlifdir. Ən çox hormonal səbəblər, vitamin, mineral çatışmazlığı, qan azlığı, mövsümə bağlı saç tökülmələri, başqa səbəblər də saymaq olar. Stress faktoru dadaxildir bu səbəblərə. 

Ümumiyyətlə, gün ərzində 100-150 və daha çox saç tökülürsə, “saç tökülməsi” olaraq qəbul edirik, artıq patoloji bir şey olaraq qəbul edirik və həkimə müraciət etməyə bir səbəbdir. 

Saç tökülməsində müayinə

İlk müraciətdə əvvəlcə saçlarda bir müayinə olunur. “Pull” testi diyimiz çəkmə testi olunur. Nə qədər saç tökülür, ona baxırıq. Müəyyən müayinələrdən və hətta tökülmə şiddətinə görə müəyyən qan analizlər olunur. O analizlərin nəticələrinə görə “Müəyyən bir səbəblər varmı?” ortaya çıxarırıq. Bəzən analizlərdə bir problem olduğu zaman o düzəlməlidir. Yoxdursa, simptomatik saç tökülməsi olaraq qəbul edirik. Və yaxud da mövsümidi: yaz, payız aylarında mövsümə bağlı saç tökülmələri baş verir. 

Ümumiyətlə, saç tökülməsi zamanı ən birinci saç tökülmənin səbəbini müəyyən etmək lazımdır ki, əksər hallarda saç tökülməsinin qadınlarda bir səbəbi olur. Və bəzən sırf bunu hansısa bir prosedurla və yaxud da hansısa bir həblə müalicə etməyə çalışırlar. Müəyyən nəticələr əldə olunur: “Mənim saçım yaxşı idi, yenidən başlayır tökülməyə” kimi fikirlər çox eşidirik. Ümumiyyətlə, bir qadın saç tökülməsi ilə müraciət edibsə, birinci növbədə geniş bir anamnez alınmalıdır xanımdan. “İstifadə etdiyi dərmanlar varmı?”, “Ümumiyyətlə, nə qədər müddətdir saçları tökülür?”, “Genetik olaraq, ailəsində və yaxud yaxınlarında kimdəsə bir saç tökülməsi hekayəsi varmı?” Və saç tökülməsinin tipini müəyyən etmək lazımdır. Hansı tip saç tökülməsidir? Mövsümə bağlımı, qanazlığına bağlımı, hormonlara bağlımı, stressə bağlımı və yaxud da “alopesi areata” dediyimiz autoimmun saç tökülməsidirmi? Bunu müəyyən etmək lazımdır. 

Saç tökülməsinin müalicəsi

Bəzən qadınlarda hormonal problemlər yaranır. Bu hormonal problemləri də ehtiyac olarsa, bir endokrinoloq konsultasiyası edirik və ortaq bir məxrəcə gəlmək lazımdır ki, saç tökülməsinin səbəbi nədir? Səbəbi müəyyən etdikdən sonra səbəbə yönəlik müalicələr olunur bu öz yerində və “takviye” dediyimiz saçların toparlanması üçün, daha sürətli canlanması üçün, tökülən saçların bərpası üçün yerli olaraq istifadə olunan müalicələr var. Eyni zamanda daxilə verilən müalicələr var tabletka şəklində, kapsul şəklində. Bundan əlavə saç tökülməsi ilə bağlı kosmetik prosedurlar da ola bilər. Məsələn, “mezoterapiya” dediyimiz kosmetik prosedur və yaxud da son zamanlarda bəzən qəbul olunur, bəzən qəbul olunmur, amma “plazmaterapiya” dediyimiz plazmalifting müalicəsi tətbiq oluna bilər. 

Ancaq mənim tövsiyəm odur ki, əgər bir xanımda saç tökülmə varsa, ən birinci hormonal problemlər inkar olunmalıdır. Məsələn, bunlaranə aid ol bilər? Bizim el arasında “zob” dediyimiz qalxanvari vəzi ilə, tiroid vəzi ilə bağlı olan problem varsa, o aşkarlanmalıdır, aybaşı pozulmaları varsa, bunu aydınlaşdırmaq lazımdır. Hormonal problemləri ortaya çıxıbsa, bu ginekoloq həkimlə və endokrinoloq həkimlə konsultasiya olunduqdan sonra ortaya yeni bir xəstəlik çıxmayıbsa, əgər təbii ki, artıq simptomatik müalicə verilə bilər. Yoxsa sırf saç tökülməsi üçün simptomatik müalicələr hər zaman effektiv olmur, təbii ki. 

Bundan başqa bizə saç tökülməsində dəstəyi ən çox olan həkimlərdən biri psixiatrlar, nevroloqlardır. Çünki saç tökülməsi eyni zamanda stressə, gərginliyə bağlı olan simptomdur. Və əgər varsa, belə bir şey eyni zamanda saç tökülməsinin, özü də bəzi xanımları depressiyaya saldığı üçün psixiatr və ya nevropatoloq konsultasiyası istəməliyik. 

Bəzən pasiyentlərimizi yönləndirmək çox çətin olur. “Mənim sadəcə saçım üçün, müəyyən prosedurlar və ya tabletkalar yazın” kimi. Ancaq nəzərinizə çatdırım ki, bunu etmək pasiyent üçün çox önəmlidir. Müəyyən müalicələr olunur, nəticə əldə olunmur. Amma bir psixiatr, bir nevropotoloq konsultasiyasından sonra bir neçə ay ərzində baxırsınız artıq tökülmə dayanıb, artıq əvvəlki şiddətlə tökülmür və ya saçlar canlanmağa başlayır. 

Vitamin, mineral çatışmazlığı bayaq da vurğuladıq. Mövsümə bağlı və yaxud da xəstənin qidalanmasına bağlı. Qan azlığı ola bilər. Ən çox qarşımıza çıxan saç tökülmə səbəblərindən biri dəmir azlığı anemiyasıdır. Məsələn, qırmızı ətdən imtina edən pasiyentlər və vegetarianlar. O insanlarda daha çox dəmir azlığı baş verir. Dəmir azlığına bağlı saç tökülmələri, bəzən mineral əksikliyinə bağlı saç qırılmaları olur. “Mənim saçlarım uzanmır” kimi. “Əvvəl uzanırdı, indi uzanmır” kimi ifadələrlə qarşılaşırıq. 

Şampun saç tökülməsini artırıb və ya azalda bilərmi?

Ən çox verilən suallardan biri də şampunlarla bağlı olur saç tökülmələrində. “Müəyyən şampun işlətdim, ondan sonra oldu” və yaxud da “Bu şampunu işlətdim, saçımda tökülmə azaldı.” Xüsusilə vurğulamaq istəyirəm ki, şampunlar, adətən, saç tökmə və saç çıxarmada çox aktiv iştirak etmirlər. Sadəcə bəzi şampunların tərkibində saçları həcmləndirmək, canlandırmaq üçün olan müəyyən provitaminlər və yaxud yağlar olur. Onlar saçları həcmləndirirlər. Bəzən də şampunların, losyonların içərisində olan kimyəvi maddələrə qarşı bir allergik reaksiya baş verir. 

Başın dərisində, saç kökləri olan nahiyələrdə bir ekzema fonunda bir görüntü yaranır və yaxud da saç köklərini zədələyən bir görüntü yaranır. Buna bağlı bir saç tökülməsi ola bilər. Ancaq ümumiyyətlə şampunlarla saç çıxarmaq və ya saç tökmə məsələsi aktiv bir məsələ olduğu üçün vurğuladım bunu. Elə bir şey çox saç tökülməsinə təsir etməz. Buna görə “Hansısa bir şampunu alım, saç tökülməmi dayandıracaq” – bu doğru deyil. Özəlliklə, vurğulamaq istəyirəm ki, əgər bir neçə ay ərzində aktiv saç tökülməsi müşahidə eləyən, darıyan zaman və yaxud da daramasa da rutin, gündəlik olaraq müşahidə etdiyi saç tökülməsi varsa, normadan artıq ilk olaraq bir həkim dermatoloqa müraciət etmək şərtdir. 

Dr.Vəli Cəfərov, Dermatoloq




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!