trobosit / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

qan-xestelikleri-hekimi-hematoloq.jpeg

23 August 2021 Hematologiya51

Hematologiya – qan xəstəkilərinin diaqnozu, təqibi və müalicəsi 

Ən sıx qarşılaşdığımız xəstəliklər və ya şikayətlərdən əsas olaraq qanın ümumi analizi ilə bağlı problemləri saya bilərəm. Bunlara qanın əsas 3 hüceyrə qrupunun xəstəlikləri göstərilə bilər. Qan azlığı, qanın ağ qan hüceyrəsinin miqdar olaraq azlığı və çoxluğu, trombosit dediyimiz laxtalanma hüceyrələrinin azlığı və çoxluğu kimi halların müalicə və diaqnozu ilə məşğul olur bir hematoloq.

Bundan əlavə, çox təəssüf ki, həm yaxınlarımızda, həm sosial mediada bir çox lemfomalı xəstələrlə qarşılaşırıq. Bu xəstələr bizim, ümumiyyətlə, hematologiyanın bədxassəli xəstəliklər qrupunda sayılır və əsas olaraq lemfomalar, leykozlar, multipl miyelom kimi sümük iliyi və böyrəkləri tutan bir çox hematoloji bədxassəli xəstəliklə də məşğul oluruq eyni zamanda.

Hematoloqa nə zaman ehtiyac olur?

Hematoloqa nə zaman ehtiyac olur? Kimlər hematoloqa müraciət etməlidirlər? Bu haqda bir az danışmaq istəyirəm. 

Açığı, ixtisasım olduqca “izole”, yəni bizə aid olan bir ixtisas olduğu üçün digər həkim yoldaşlarımız bu sahədə, təbii ki, köməyə, əməkdaşlığa, birlikdə çalışmağa ehtiyac duya bilirlər zaman-zaman. Bunlardan da əsas qanın ümumi analizində zaman-zaman onların qarşısına çıxan fərqli qan tabloları ilə əlaqədar həkimlər bir-biri ilə əməkdaşlıq içərisində olmalıdır. Yəni bu zaman bir hematoloq görüşünə ehtiyac duyurlar. 

Qan azlığı problemləri

Ən sıx hematoloq görüşünə, məsləhətinə ehtiyac yaranan hallardan biri bəhs etdiyim kimi, qan azlığı, qan çatışmazlıqlarıdır. 

Bunlar ümumi olaraq qadınlarda, gənc, yetişkinlik periodunda olan uşaqlarda, hamilə qadınlarda, xüsusilə, qan azlığı ciddi bir sağlamlıq problemi olaraq qarşımıza çıxmaqdadır. 

Bununla yanaşı, qan azlığı səbəbinə, təbii ki, anadangəlmə “herediter səbəblər” dediyimiz talassemiya, oraq hüceyrə anemiya xəstəlikləri də sayıla bilər. 

Talassemiya xəstəliyi

Hematoloji xəstəliklərdən, xüsusilə, talassemiya xəstəliyini vurğulamaq istəyirəm ki, ciddi bir sağlamlıq problemi olaraq qarşımıza çıxmaqdadır və bununla ən təməl mübarizə yolu evlilikdən əvvəl skrininq testləri ilə talassemiyalı uşaqların dünyaya gəlinməsinin qarşısınının alınması olmalıdır. Çox təssüf ki, bunlar bəzən nəzarətdən qaça bilir. Bəzən evlilikdən əvvəl cütlüklər buna çox meyilli olmurlar. Çox diqqət yetirmirlər və təəssüf ki, bu hal talassemiyalı uşaqların doğulması ilə nəticələnir. 

Təbii ki, bir hematoloq olaraq mən də talassemiyalı xəstələrin müalicəsi, diaqnozu və təqibi ilə məşğul oluram. Ailə üçün, ana, ata üçün və eyni zamanda xəstə olan uşağın özü üçün ciddi bir sağlamlıq problemidir. Heç də rahat, asan olmayan bir həyat onları gözləyir. 

Buna görə əslində düşünürəm ki, bu xəstələrin müalicəsini vurğulamaqdan çox bu xəstəliklərin qarşısının alınmasına çalışmaq daha doğru olacaqdır. 

Hamilələrdə qan problemləri

Bundan əlavə, hamilələrdə qanla bağlı çox problemlər görülməkdədir. İlk növbədə dəmir ehtiyacının artması ilə əlaqədar dəmir əskikliyi, dəmir çatışmazlığına bağlı anemiyalar sıx görülməkdədir. 

Eyni zamanda digər hüceyrə qrupları ilə əlaqəli problemlər də görülə bilməkdədir. Bu zaman da təbii ki, mən ginekoloq həkim yoldaşlarımızla birlikdə xəstə təqibini, onlarla ortaq əməkdaşlıq içində çalışmağı təklif edirəm hər zaman və bu şəkildə də çalışırıq. 

Eyni zamanda hamilə qadınlarda artmış dəmir ehtiyacına bağlı olaraq “dəmir çatışmazlığına bağlı anemiya” çox sıx görülməkdədir. Bununla bağlı qanın laxtalanma hüceyrəsi olan trombositlərlə bağlı olan problemlər də hamilə qadınlarda sıx görülməkdədir və belə hallarda ginekoloq həkiminin bir hematoloq ilə ortaq əməkdaşlıq içərisində işləməsi uyğundur. 

Qan azlığı xəstəlik deyil, əlamətdir

Bunu da unutmamalıyıq ki, qan azlığı bir xəstəlik deyil, bir əlamətdir, bir simptomdur. Qan azlığına əslində səbəb olan xəstəliyin araşdırılması önəmlidir. Altda yatan bir çox xəstəlik qan azlığına səbəb olur. Mən bunların çox təfərrüatına girmək istəmirəm. Amma bunu fərqində olunmasını istəyirəm ki, qan azlığı bir simtomdur, bir əlamətdir və hər qan azlğı olan şəxs dəmir preparatları və ya başqa bir preparatlar, müalicəvi preparat qəbul etməzdən əvvəl bu qan azlığının səbəbinin nə olduğu müəyyənləşdirilməlidir. 

Bunun üçün də ilk əvvəl hematoloqun təqibi altında, lazım olduqda bir hematoloq ehtiyacı gördüyü halda digər ixtisas sahibi həkimlərlə xəstənin vəziyyətini konsultasiya edərək altda yatan səbəbin, altda yatan xəstəliyin aydınlaşdırlması daha uyğun olacaqdır. 

Dəmir preparatlarının kortəbii qəbulunun fəsadları

Birbaşa dəmir preparatlarının qəbul edilməsi ya qeyri-ixtisas, hematologiyadan uzaq həkimlər tərəfindən yazılması, təəssüf ki, çox qarşılaşdığımız şüursuzca – bəlkə qonşudan eşitməklə, bəlkə, yaxınının təklifi ilə dəmir preparatlarının qəbul edilməsi heç də düzgün bir hal deyil. Çünki əsas altda yatan, bu problemə səbəb olan xəstəliyin gizlənməsinə, bəlkə də, irəliləməsinə gətirib çıxara bilər bu problem.

Uzm.Dr.Təhməz Həziyev, Hematologiya yandal uzmanı




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!