Aybaşı ağrıları

Aybaşı ağrıları

12 January 2022 125
aybasi-agrilari.jpeg

Qadınların yarısından çoxu menstruasiya ağrılarından – aybaşı ağrılardan əziyyət çəkir.

Bu ağrılar necə olur?

Qarnın alt aşağı bölgəsində – hissəsindən başlayır, belə, ayaqlara doğru yayılır. Bu ağrılara da: ürək bulanması, qusma, ishal, tez-tez sidiyə çıxma və bəzən ən ağır hallarda, depressiya ilə müşahidə oluna bilər.

Bu ağrıları yaşayan qadınlar, əgər ki, bunun nədən olduğunu bilərsə, nədən olduğunu öyrənərsə, bunu daha yaxşı, daha rahat keçirə bilər.

Hər ay dediyimiz kimi uşaqlığın daxili divarında bəlli bir qan damarları qalınlaşır və        estrogen və progesteron hormonunun dəyişilməsi nəticəsində o qan kənara atılır. Uşaqlıq əzələdən formalaşan bir orqan olduğu üçün yığılaraq o qanı çölə atır. Bu yığılma zamanı uşaqlığa gələn qanın miqdarı azalır və qan azaldığı üçün oksigen də azalır. Əzələ toxumasında, uşaqlığın daxili divarında “prostaqlandin” dediyimiz maddələrin miqdarı yüksəlməyə başlayır. Bu prostaqlandin də sinir uclarını qıcıqlandırdığına görə biz uşaqlığın olduğu bölgədə – tam qasıq bölgəsində ağrı hiss etməyə başlayırıq.

Birincili və ikincili aybaşı ağrıları

Bu ağrının yaşanma perioduna bağlı və zamanına bağlı biz bunu birincili və ikincili olaraq ayırd edirik. Əgər ki, qadın ilk menstruasiya qanaması ilə birlikdə bu ağrıları yaşayırsa, biz buna birincili ağrı, yəni “birincili dismenoreya” deyirik tibbi olaraq. Amma deyək ki, illərlə ağrısız menstruasiya yaşayır, amma müəyyən bir perioddan sonra ağrı aybaşı qanamalarına qoşulursa, biz buna “ikincili dismenoreya” deyirik. Adətən, ikincili dismenoreyanın altında anatomik pozulma olur. “Endometrioma” dediyimiz yumurtalıq kistaları, uşaqlığın miomaları ola bilər və ya abort prosedurundan, keysəriyyə doğumundan sonra çox gördüyümüz uşaqlıq boynunda daralma nəticəsində qan çölə çıxa bilmədiyinə görə bu qadınlar ağrını sonradan yaşaya bilərlər.

Hansı qadınlarda daha çox görülür?

Kimlər risk qrupu altındadır deyə baxsaq, kimlər, hansı qadınlarda daha çox görülər menstruasiya ağrıları deyə baxdıqda:

  1. Mən genetik faktorlar deyərdim. Yəni ki: anasında, xalasında, bibisində… əgər belə bir aybaşı dövründə ağrılar olan qadınlar varsa, qızlar varsa, bunlarda da görülmə ehtimalı daha yüksəkdir, daha çoxdur.
  2. İkincisi, erkən yaşda menstruasiyaya başlayanlar. 11-12 yaşlarında aybaşı qanamaları başlayanlarda daha çox görülür bu ağrılar.
  3. Ücüncü qrupda, adətən, qeyri-müntəzəm menstruasiyası olanlar və ya həddən artıq çox qanaması olanlar bu risk qrupu altındadır.

Aybaşı ağrısı zamanı həkimə müraciət

Nə vaxt ginekoloqa gedək, həkimə müraciət edək?

Əgər ki, bu ağrılar sizin həyat fəaliyyətinizi pozursa, aybaşı ağrıları yaşadıqda həyatınıza, fəaliyyətinizi davam edə bilmirsinizsə, mütləq müraciət edilməsi lazımdır. Ağrılar sizdə əvvəllər olmayıb, müəyyən bir yaşdan sonra ağrı yaşamağa başlamısınızsa, yenə mütləq həkimə müraciət etmək lazımdır.

Və önəmlisi yaşdır. İrəliləyən yaşla bərabər əgər ki, ağrılar da artır və get-gedə bu ağrının şiddəti daha da artmaya meyillidirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Müalicəsi nədir?

Müalicəsini 2 şəkildə ayıra bilərik: medikal və non-medikal. Yəni dərmanla və dərmansız müalicə şəklində.

Dərmanla müalicələrin başında ağrıkəsicilər gəlir. Həkimə müraciət etmədən də bu menstruasiya başlanğıcından bir gün öncə və ya menstruasiya gördüyümüz gün və ya 1-2 gün sonra istifadə edərək fayda əldə edə bilərik. Amma qadınların çoxu bu menstruasiya qanamasını azaltdığı üçün bu müalicə metodunu sevmirlər.

İkinci bizim ən çox müraciət etdiyimiz, ən çox istifadə etdiyimizdə fayda gördüyümüz dərman qrupu oral kontraseptivlərdir. Bunlar həm menstruasiya nizamsızlığı varsa, aradan qaldırır, həm aybaşı ağrılarını 90 faizə qədər, yəni mükəmməl bir şəkildə menstruasiya ağrılarını azaltmaqda faydalıdır.

Ondan sonra uşaqlıq daxili istifadə etdiyimiz spirallar var – hormonal spirallar. Bunlar da aybaşı zamanı ağrıların azaldılmasında faydalı ola bilər. Və ya dərialtı implantlar olsun, aylıq, 3 aylıq iynələr menstruasiya ağrılarının azaldılmasında faydalıdır.

Dərmansız müalicə

Bəzi xəstələr deyir ki: “Yox, mən dərman istifadə eləmək istəmirəm”. Bunlara ən çox tövsiyə etdiyimiz metod idmanla məşğul olmalarıdır. Bu idmanla məşğul olmaq ancaq ayda 2 gün, 3 deyil, müntəzəm bir şəkildə idmanla məşğul olması və ya tənəffüs idmanlarından istifadə edə bilərlər, yoqa, akupunktur kimi dərmansız metodlarla və ya kalsium, magneziumla zəngin diet eliyərək də bu ağrıları nisbətən də olsa azaltmaqda fayda edə bilərik.

Uzman Dr.Aygün Əkbərova, Cərrah mama-ginekoloq

 

 


125 comments

  • ELZA

    25 July 2022 at 21:13

    Salam. Aybaşı vaxtı analiz vermək olar?

    Reply

    • Ege Hospital

      26 July 2022 at 18:01

      Salam. Aybaşı periodunda sadəcə qadın cinsi hormonları dəyişkənlik göstərir. Digər hormonların səviyyəsinin menstruasiya ilə bir əlaqəsi yoxdur. Yəni verilə bilər.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama Ginekoloq

      Reply

  • ELZA

    25 July 2022 at 21:16

    Yəni TSH
    ANTI-TC
    Bu birisiləri oxuya bilmədim

    Reply

    • Ege Hospital

      26 July 2022 at 18:02

      Salam. Bəli, verilə bilər.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama Ginekoloq

      Reply

  • Afa

    27 July 2022 at 20:04

    Aybaşı vaxdı bitənə yaxın təziq oynaya bilər?

    Reply

    • Ege Hospital

      6 September 2022 at 13:40

      Salam. Aybaşı ilə təyziq səviyyəsi arasında ciddi bir əlaqə yoxdur. İlk günlərdə təyziq hipotansiv seyr edə bilər.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Saray

    4 September 2022 at 12:56

    Mende aybaşi əkser aylarda vaxtimdan tez olur,yeni her ay bir iki gun tez olur ve ilk gun çox agri olur . Tez olmasinda nese bir zerer ve ya bir xeyir ola biler ?21 yasim var,nisanliyam bir neçe ay sonra toyum olacaq buna gore maraqlandim

    Reply

    • Ege Hospital

      6 September 2022 at 13:41

      Salam. Aybaşı tsikli 21-35 gündən bir olması normal hesab edilir. Sizin döngünüz 29 gündən birdir və normaldır.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

    • Manzar

      21 November 2022 at 11:10

      Aybasi zaman men qari aqris ollur ve uaqq.olmur vaxat Vantin aybasi olluram niyye belledi vacaav yazrsisda.

      Reply

      • Ege Hospital

        21 November 2022 at 14:49

        Salam. Sualınız aydın olmadı. Daha ətraflı yaza bilərsinizmi?

        Reply

        • Nigae

          26 December 2022 at 13:31

          Ağrı həmişə olub qız vaxtından. Amma axır vaxtlar lap şiddətlənib dəhşətli ağrı olur ağrıkəsici iynə vurmasəam ağrıdan huşumu itirə bilərəm. 40 yaşım var. 4 ildi təkəm bu ağrılara səbəb ola bilərmi?

          Reply

          • Ege Hospital

            27 December 2022 at 18:47

            Salam. İkincili dismenoreyadan bəhs edirsiniz. Mütləq müayinə və müalicə lazımdır.
            Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

        • Damla

          27 May 2023 at 22:41

          Salam.Məndə iki gündü sancı olur,amma ay başı olmur.Vaxtından da keçir artıq.Səbəbi nə ola bilər sizcə?

          Reply

          • Ege Hospital

            31 May 2023 at 15:15

            Salam. Yumurtalıq kistaları ilə əlaqədar olmuş ola bilər. USM olunun.
            Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

  • Vekalet

    11 September 2022 at 12:58

    Salam həkim məndə ay başı gecikməsi olur 1 həftə ya da 2 həftə bunun hamilə qalmagıma prablemi var

    Reply

    • Ege Hospital

      13 September 2022 at 15:59

      Salam, aybaşının 10 gündən çox gecikməsi normal deyil və bu hamilə qalmağı çətinləşdirir.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Nargiz

    29 September 2022 at 08:47

    Salam. 37 yanındayam. Aybaşı günlərim həm azalıb yəni əvvəl 5 gün indin2 gün, həmdə güclü ağrılar yaranıb aybaşı zamanı. Və iki sikl 1,2 gün gecikmə baş verir. Səbəbi nə ola bilər? Yaşla əlaqədər ola bilərmi bu dəyişiklər?

    Reply

    • Ege Hospital

      30 September 2022 at 15:13

      Salam. Yaşla əlaqədar ola bilər. Mütləq müayinə və hormon dəyərlərinizə baxılmalıdır.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

      • Leyla

        18 May 2023 at 10:26

        Salam,dr.Məndə keçən il aybaşı gecikməsi və üzümdə hədsiz səpkilər olmuşdu ,bu səbəblə USM müayinədən keçdim,polikistoz diaqnozu qoyuldu .Bir müddət müalicə olunduqdan sonra yenidən USM müayinə olundum ,həkim dedi artıq elə bir problemin yoxdur (polikistoz keçib getdi yəni).Lakin müalicədən 6-7 ay keçdikdən sonra yenə aybaşıda 7-8 gün gecikmə olur və yenə üzüm boynum (qulaqlarımın iiçinə kimi) səpirəm.Səbəb polikistoz ola bilərmi?

        Reply

        • Ege Hospital

          18 May 2023 at 18:31

          Salam. Bəli, ola bilər. Təəssüf ki, polikistik yumurtalıq sendromu 6-7 aya keçən xəstəlik deyil.
          Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

          Reply

  • Ayss

    13 October 2022 at 21:03

    aybaşı vaxtı qolaltı ağrısı normaldı? (başlayanda və ya bitəndə) qolaltında sırf bir nöqtədə ağrı olur

    Reply

    • Ege Hospital

      15 November 2022 at 18:25

      Salam, normaldır, ola bilər.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama Ginekoloq

      Reply

      • Salatın

        27 November 2022 at 21:56

        Salam məndə aybaşı olarkən çox ağrılar verir.Yaşım 14 olacaq sizcə bu normaldır? Və 1 həftədə baş verir ağrılar 4 gün çəkir.

        Reply

        • Sara

          16 December 2023 at 03:06

          Salam . Mensturasiya ağrılarım şiddətli olduğu üçün həkimə getdim , USM muayinəsi və qanın ümumi analizi , hormonal analizlərdən keçdim . 21 yaşım var , uşaqlıqda heç bir problem çıxmadı . D vitamini əksikliyi və prolaktin hormonu artıqlığı var. Mualicə yazıldı və ailə həyatı qurana qədər belə ağrılarım olacağı deyildi . 10 yaşından aybaşı oluram ildə bir iki dəfə ağrılarım olurdu . Son 2 3 ildə isə hər ay ağrılar təkrarlandı . Aybaşı olduğum ilk günü ağrım dəhşətli olur , ürək bulanma , bəzən qusma , ishal hallarıda olur. Buda şəxsi işlərimə mane olur . Sizə sualım odur ki , bu ağrılar doğurdanda beləcə davam edəcək ? Yoxsa prolaktinin səviyyəsinin aşağı düşməsi ilə keçmə ehtimalı var? Birdə tüklənmə prolaktin hormonu ilə bağlıdırmı?

          Reply

          • Ege Hospital

            19 December 2023 at 12:58

            Salam. Tüklənmə ilə prolaktin hormonunun əlaqəsi yoxdur. Mens zamanı ağrılar zamanla azalır, ancaq sizi çox narahat edirsə, müalicəyə ehtiyacınız var.
            Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama Ginekoloq

      • Tükan

        13 June 2023 at 14:24

        Aybaşındab 10gün əvvəl kəskin baç ağrılarım olur.4gündür davam edir.sonra ayaqlarima verir.aybaşı 6gün oluram.dermanlar tesir etmir başağrısına

        Reply

        • Ege Hospital

          14 June 2023 at 16:41

          Salam. Premenstrual sindromdur. Çox narahat edirsə müayinəyə gəlin.
          Uzman Dr Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

          Reply

  • Jale

    16 October 2022 at 21:09

    Salam doktor aybaşı öncesi göyneme yaranır neden ola biler amma mikrobdan göbelekden mualice almişam

    Reply

    • Ege Hospital

      18 October 2022 at 17:57

      Salam, menstruasiya zamanı göynəmə vaginal flora dəyişikliyinə bağlı ola bilər. Tək səfərlik müalicə almağınız infeksiyanın tamamən keçdiyini göstərməz.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Gülarə

    18 October 2022 at 00:31

    Salam dr, məndə 44mm sağ yumurtalıq kistası var, keçən aylarda mensturasiyadan öncə ağrı olmurdu, amma bu dəfə mensturasiyadan öncə ağrı var, kista əriyir deyə ola bilər? ( müalicə alıram kistaya)

    Reply

    • Ege Hospital

      18 October 2022 at 17:55

      Salam, kista əriməsinə bağlı ağrı olmaz, əgər ağrı ilk dəfə olursa, təqib edilsin, təkrar edərsə, müayinəyə gələrsiniz.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

      • Aysel

        15 November 2022 at 08:36

        Salam dr məndə mensturasiya ağrıları olur və mədəmədə vurur bu ağrılar.Məsləhətiniz?

        Reply

        • Ege Hospital

          15 November 2022 at 18:27

          Salam. Müayinə və müalicə almağınızı məsləhət görürəm.
          Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama Ginekoloq

          Reply

          • Nərminə

            2 July 2023 at 15:21

            Salam. Aybaşı vaxtı ürəy əsməsi ola bilər?

          • Ege Hospital

            4 July 2023 at 12:40

            Salam. Bəzən ola bilər.
            Uzman Dr Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

  • İlkane

    26 November 2022 at 16:10

    Salam aybaşı gecikməsi var ve basim
    və Ayaqların ağrıyır bu 1 aydı beldir və aybaşı olmamışam bu ay

    Reply

  • Amina

    1 December 2022 at 01:21

    Salam 17 yaşlm var 11 yaşlndan oluram bu 2 aydı 1. Və ya 2 gün oluram kəsilmə ola biler?

    Reply

    • Ege Hospital

      2 December 2022 at 18:19

      Salam. Kəsilmə olabilməz əlbəttə ki. Yaşadlğınız aybaşı pozgunluğu olub, il ərzinde 3 dəfəyə qədər olarsa normal, 3 aydan çox davam edərsə, anormal sayılır. Müayinə olmanızı gərəkdirir.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Zehra

    2 December 2022 at 11:31

    Salam men. Hamileliymin ilk heftesin aybawi agrisi ilə kecirirem elə bilirəm indi menen qan gelecey bezen guclu olur bezen zeif. Nədən ola bilər? Birdefede belə olmuwdu. Qan analizi verdim inkiwaftan qalmiwdi gəlib özü düşdü

    Reply

    • Ege Hospital

      2 December 2022 at 17:52

      Salam. Hamiləliyin ilk 12 həftəsi qasıq nahiyəsində ağrılar çox görülür. Əgər USM-də bir problem yoxdursa, narahat olmayın.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Zehra

    3 January 2023 at 16:16

    Salam men 7 heftelik hamileyem. Amma aybawi agrilarim olur butun orqanlarima agri vurur. Baxiram wefaf ve ag rengde maye gelib. Ama 3 hefteliyinde getmiwdim dediler uwagliqdadi herwey qaydasindadi. Amma agrilarim kecmedi urey bulantimda var

    Reply

    • Ege Hospital

      5 January 2023 at 15:20

      Salam, əgər USM-də uşaqlıq daxili normal hamiləlik varsa, ağrılar keçici olaraq bir neçə həftə davam edə bilər və bu normal sayıllr.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Lalə

    3 January 2023 at 16:43

    Salam,hekim. Deməli,3 noyabr tarixində bosh hamilelik olduğu üçün 6 heftelik abort etdirmək məcburiyyətində oldum. Artıq 3 gündü qarınaltı və bel ağrılarım var(onu da qeyd edim ki,aybaşı öncəsi heç vaxt ağrılarım olmayıb).Bilmək istərdim ki, səbəb aybaşı gecikməsi ola bilər,çünki hələ abortdan sonra aybaşı keçirməmişəm .Öncədən təşəkkür edirəm.

    Reply

    • Ege Hospital

      5 January 2023 at 15:17

      Salam. Bəli ola bilər, abort sonrası bir neçə ay aybaşı pozgunluğu yaşana bilər və bunu normal qəbul edirik.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Taha

    6 January 2023 at 18:12

    Salam məndə iki gündür aybaşı ağrısına bənzər ağırlar olur ele bil qaz sancısı dolub Papaverin sam istifadə etdim .oda komek etmedi indi ayaqlarıma vurub ağrılar onuda deyim ayagimda corab olmadan gecə durub uşağa yemək vermişəm yeni soyuqlama ehtimalı var onun üçün nə edə bilərəm 5aydi keysəriyyə əməliyyatı olunmuşam

    Reply

    • Ege Hospital

      13 January 2023 at 16:43

      Salam. İlk dəfə belə ağrı yaşayırsınızsa, narahat olmayın, təkrari hal alarsa, müayinə və müalicəyə ehtiyacınız var.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Ayten

    12 January 2023 at 21:47

    Salam hekim men 38 yasindayam getdikce pisleşir agrilarim qarinda agri sanci ishal urek bulanma aşiri sinir eseb bas agri aşagı tezyiq yeni bu bir nece ilde bele olub onceki agrilarim bele deyildi bu arada kista ve miyomam da var

    Reply

    • Ege Hospital

      14 January 2023 at 21:04

      Salam, kista və mioma bağlı olabilər ağrılarınız. Müayinə və müalicəyə ehtiyac var.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Asu

    13 January 2023 at 23:29

    Salam.Bir ayda iki defe aybasi olmaq normaldir.İltihabla bağli ola biler.Çunki çenem sepgiler olur.Heç vaxt bele olmamişdi

    Reply

    • Ege Hospital

      14 January 2023 at 21:07

      Salam. Normal deyil. İlk dəfə olursa, dərhal müalicəyə ehtiyac yoxdur.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Ellada

    21 January 2023 at 01:45

    Salam Aygün xanım. Mənim 28 yaşım var. 1 ildən çoxdur hər mensturasiya vaxtı sağ yumurtalığımda kəskin ağrılar olur. Həkimə getdim məni apendisitdən əməliyyat etdi və üstündən 1 il keçməsinə baxmayaraq həmin ağrılar hələdə var.Buna səbəb nə ola bilər? Ağrıkəsici belə təsir etmir ağrıya. Sanki yeni əməliyyat olmuş kimi kəsik ağrısı var.

    Reply

    • Ege Hospital

      25 January 2023 at 17:48

      Salam. USM ilə baxılaraq fikir bildirə bilərik. Keçmiş olsun.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Ayla

    30 January 2023 at 13:29

    Salam həkim 22 yaşım var evli deyilem mensturasiya vaxtlarım çox gecikir müainə ilə heçbir problem görünmür analiz usm hamısı normaldı amma 2aydan bir və ya fərqli günlər gecikərək oluram nədən ola bilər? xaiş edirem cavablandırın öncədən təşkkür

    Reply

    • Ege Hospital

      8 February 2023 at 14:01

      Salam. Aybaşının 35 gündən daha da gecikməsi normal deyil və bunun bir səbəbi var. Müayinəyə gəlmənizi məsləhət görürəm.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Ruzanna

    1 February 2023 at 12:08

    Salam Aygün xanım. Aybaşı öncəsi bədənim gah istiləşir. gah da çox soyuq olur. 23 yaşındayam və evlənəndən sonra belədir. Bu normaldır mı? Necə aradan qaldıra bilərəm
    ?

    Reply

    • Ege Hospital

      8 February 2023 at 14:02

      Salam. Premenstrual sindrom yaşayırsınız. Stress bu halın səbəblərindən biridir. Zamanla düzənə girəcək.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Nermin

    13 February 2023 at 21:18

    Salam hekim menim aybasim vaxtindan iki gün evvel oldu az olur ve cox sancilidi bunun hamile qalmaga nese problemi var?

    Reply

    • Ege Hospital

      14 February 2023 at 17:26

      Salam. İlk dəfə olursa, problem olmaz, izləməyə davam edin.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Nermin

    15 February 2023 at 08:33

    Keçen ayda oldu ama onda falekul partladi ama yenede uwag olmadı ciddi nese problem ola biler?

    Reply

    • Ege Hospital

      16 February 2023 at 19:06

      Salam. Hamilə qalmamaq sadəcə qadın qaynaqlı deyil. Yoldaşınız da müayinə olunsun.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

      • Gülnar

        13 October 2023 at 14:14

        Salam həkim mən aybaşidan 10gün əvvəlcədən ağrim olur ama zəyif ağrilardi incitmir hiss edirəmki artiq hamilə deyləm bu ağri olanda biləmki mən aybaşi olacam özümdə 4 aydi evliyəm görəsən səbəbi nə olar?

        Reply

        • Ege Hospital

          13 October 2023 at 14:54

          Salam. Daha aydın yaza bilərsinizmi? Sualınız aydın olmadı.

          Reply

        • Gülnar

          15 October 2023 at 13:53

          Aybaşidan ,10gün əvvəl ağrim olur yəni tez bilirəm 4 aydi evliyəm narahatçılığım odurki həkim niyə ağrilarim 10 gün qabaqcadan olur??

          Reply

  • Gülşən

    16 February 2023 at 23:57

    Salam. Deməli təzə ailə qurmuşam dekabrın 26si,
    Yanvarın 10, 2 gün gecikmə ilə aybaşı olmuşam. Fevralın 12si aybaşı vaxtimdi gecikməm var, test 2 xətt göstərdi, sinəmde ağrı var, və qarınin aşağı nahiyəsində aybaşı ağrıları kimi ağrılarim var hamiləlikdi bu? Yada olarmı ki test aybasiya görə 2 xətt gosterir

    Reply

    • Ege Hospital

      17 February 2023 at 17:44

      Salam. Hamiləlik əlamətləri yaşayırsınız. Yaxın zamanda müayinəyə gəlin.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • No name

    17 February 2023 at 13:31

    Salam həkim mənim aybaşim 10 gündür gecikib 18 yaşim var evli deyilem. İltihabim var idi müalicə aliram ama yenədə vaxti vaxtinda olmur kecən ayin 7si olmuşdu heyz ama indi bu ayin 17disidir hələdə olmayib yumurtaliglarimda cox ağri var belimədə verir ağriyi. Aldiğim müalicələrdən ola bilərmi? Xaiş edirəm cavablayardiz nə etmeliyəm ?

    Reply

    • Ege Hospital

      17 February 2023 at 17:45

      Salam. Aybaşı tsikli bəzən qəbul etdiyimiz dərmanlara bağlı olaraq dəyişiklik göstərə bilər. Gecikmələr davam edərsə, müayinə olmanığızı məsləhət görürəm.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Gunel

    17 February 2023 at 13:37

    Salam həkim. Sualma görə uzr istəyirəm. Yeni evliyem ilk cinsi elaqe yaşaya bilmədik məndə yiğilma baş verdi iceri daxil olmadi ondada yumuşalma oldu ama sperma gəlmədi məndən su kimi nəsə gəldi bu halda hamilə ola bilərəmmi? Melostracyam gecikib. Hamilə olmasam belə melosdracyamin gecikmeyi onunla bağli ola bilermi xaiş edirəm etrafli cavab yazardiz,.

    Reply

    • Ege Hospital

      17 February 2023 at 17:47

      Salam. Menstruasiya gecikməsi hər zaman hamiləliyə bağlı deyildir. Hamiləlik testi və ya qanda bhcg testi verin.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Gunay

    20 February 2023 at 00:43

    Salam dr.men abort oldum 9 hefdelik inkiwafdan dayanmiw hamilelik idi 1 hefdedi olmuwam indi qarnimda sancilar var uziye duwdum dedi laxtalanma var neyniye bilerem yene abort olunmalidi?

    Reply

    • Ege Hospital

      21 February 2023 at 12:49

      Salam. Bəzən dərman vasitələri ilə də uşaqlıq daxili qalıqlar təmizlənə bilər.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Xanim Babayaeva

    3 March 2023 at 14:48

    Salam 15 yasim var aybaşı zamani coxlu agri olur ayaqlarim qarnimin alt hisesi belim cox agriyir birdə aybasi gecikmeleri olur yanvar ayinda oldugum halda fevral ayda olmadim mart ayinda oldum bunun sebebi ne olar?

    Reply

    • Ege Hospital

      4 March 2023 at 11:44

      Salam. 15 yaşa kimi aybaşı pozğunluğuna müdaxilə etmirik. Ancaq, sizi çox narahat edirsə, müayinə olunun.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Lalə

    5 March 2023 at 09:03

    Salam, həkim. Düzdür ki, aybaşı zamanı ağrı kəsicilərdən istifadə orqanizm üçün mənfi təsirlər yaradır?

    Reply

    • Ege Hospital

      6 March 2023 at 15:49

      Salam. Ayda 1 dəfə ağrı üçün dərman içməyin bir zərəri yoxdur.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

      • Leyla

        18 May 2023 at 00:51

        Salam həkim ,keçən il aybaşında gecikmələr və üzümdə olan səpgilərə görə ginekoloji müayinədən keçdim,polikistoz diaqnozu qoyuldu,bir muddət müalicədən sonra aybaşı normaya düşdü .Həkim müayinəsində artıq polikistoz olmadığımı bildirdilər..Lakin bu il yenə aybaşı zamanı gecikmə və üzüm hədsiz dərəcədə səpir.Polikistoz yenidən qayıda bilərmi ?

        Reply

        • Ege Hospital

          18 May 2023 at 16:25

          Salam. Bəli, ola bilər. Təəssüf ki, polikistik yumurtalıq sendromu 6-7 aya keçən xəstəlik deyil.
          Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

          Reply

  • Lili

    24 March 2023 at 07:31

    Salam dr. Mən ikinci dəfədir ki ayda 2 dəfə aybaşı oluram.martin 7si olmuşam.2 gün normal qanama sonra ise lekelemeler oldu ve 15ine qədər keçdi. Martın 23unden ise yenə lekelemeler başlayıb və aybasid olduğu kimi laxta qanlar gelir.Esas səbəb nədi? 28 yaşım var evli deyiləm. Uzide problem çıxmır. Ancaq eyilende qarnımda ağrılarım olur.

    Reply

    • Ege Hospital

      30 March 2023 at 11:59

      Salam. İlk dəfədirsə, narahat olmayın. Təkrari hal olarsa, hormonlara baxmaq lazımdır.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Aysu

    29 March 2023 at 15:13

    Salam dr men martin 15 aybawi oldum 21 bitdi bitdikden 1 gun sora yene oldum 27 si bitdi onan soram yene aybawi agrilarim var su yoluna cixdiqda qanli axinti duwdu evliyem 6 aydi hamile qalmamiwam hele.

    Reply

    • Ege Hospital

      31 March 2023 at 15:16

      Salam. İlk dəfədirsə, narahat olmayın. Təkrar edərsə, müayinə olunun. Stresə və mövsüm dəyişikliyinə də bağlı ola bilər.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Aysu

    29 March 2023 at 18:35

    Salam dr.6 aydi evliyem birdefe erken acliw olub mende martin 15 aybawi oldum 21 vitdi 1 gun sora yene aybawi oldum 27 si bitdi indi yene aybawi agrilarim var az qanli axinti gelir ne ola biler

    Reply

    • Ege Hospital

      31 March 2023 at 15:15

      Salam. İlk dəfədirsə, narahat olmayın. Təkrar edərsə, müayinə olunun. Stresə və mövsüm dəyişikliyinə də bağlı ola bilər.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Aysu

    3 April 2023 at 11:10

    Salam dr.matqanin geriye eyilmesi hamileliye engel ola biler?

    Reply

  • Manzar

    11 April 2023 at 19:58

    Aybasi olmura Amma qarnim yuxar hisse agrayi neden Olla biler

    Reply

    • Ege Hospital

      15 April 2023 at 23:57

      Salam. Qarnın yuxarı hissəsindəki ağrılar ginekaloji problemlə bağlı deyil.
      Uzman Dr Aygün Əkbərova, Cərrah Mama Ginekoloq

      Reply

  • İlkanə

    12 April 2023 at 19:51

    Salam doktor.Aybaşı 10-11gün gexikdiyi üçün usm getdim.Dr baxdı endometrium 11mm idi.Dedi olacaqsan az qalıb.Üstündən 8gün keşib hələdə aybaşı olmamışam.Ancaq qasıq hissədə ağrılar olur.Əgər hamilə olsaydım usm də görünərdi elə?

    Reply

    • Ege Hospital

      15 April 2023 at 23:55

      Salam. Bəzən gec ovulyasiya ola bildiyi üçün o an görünməyə bilər. Yenidən test edin
      Uzman Dr Aygün Əkbərova, Cərrah Mama Ginekoloq

      Reply

      • Əminə Orucova

        9 December 2023 at 10:27

        Salam mənim bir ay xəsdələnmədim
        iki ay qan axmam oldu qan axmaya görə müalicə oldum iki ay normal oldu noyabr ayı yenə olmadı nədən ola bilər (38 yaşım var)

        Reply

        • Ege Hospital

          13 December 2023 at 12:46

          Salam. Aybaşı pozğunluğunun çox səbəbi var, araşdırılması lazımdır, müayinəyə gəlin.
          Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama Ginekoloq

          Reply

  • gulnar

    27 April 2023 at 16:24

    Salam doktor. mən 10 aydı ailə qurmuşam. cinsi əlaqədə cəmi 5 6 dəfə olmuşam yoldaşım uzaqda olduğu üçün. məndə cinsi əlaqədə olamdan sonra menstruasiyada gedikmə olur 1 2 gün. bu ay isə göbələyə qarşı vaginal svech istifafe etdim ilk dəfə 10 gün gecikəndən sonra menstruasiya oldu. uzm hər şey normalfı ovulasiya isə yoxdu. nədən ola bilər?

    Reply

    • Ege Hospital

      1 May 2023 at 17:38

      Salam. Ən başda stres olmaqla bir çox səbəbi var. Müayinə olmanız lazımdır.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Yegane

    12 May 2023 at 17:41

    Salam. Aybashi zamani mende guclu agri olur. Hekimede gedmishem hech bir problemim yoxdu. Aybashimda gecikme yoxdu vaxtinda oluram yada 2-3 gun evvele atir. Amma bir shey varki aybashi oldugda kureyimin sag terefine sinirime chox agri verir. Bunun sebebi ne ola biler?

    Reply

    • Ege Hospital

      16 May 2023 at 15:06

      Salam. Ginekoloq və nevropatoloq müayinəsindən yenidən keçmənizi məsləhət görürəm.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

      • Leyla

        18 May 2023 at 10:30

        Salam həkim.Keçən ilbUSM müayinə zamanı ,polikistozdiaqnozu qoyulub mənə .müalicə olundum aybaşı normaya düşdü ,üzümdəki səpkilər azaldı və sonuncu USM müayinə zamanı artıq polikistoz olmadığımı ötüb keçdiyini dedilər..Amma hazırda yenə aybaşı ləngimələri olur , 7-8 gün gecikir və üzüm hədsiz dərəcədə səpir.Polikistoz yeniden qayıtmış ola bilərmi?

        Reply

        • Ege Hospital

          18 May 2023 at 18:31

          Salam. Bəli, ola bilər. Təəssüf ki, polikistik yumurtalıq sendromu 6-7 aya keçən xəstəlik deyil.
          Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

          Reply

  • Damla

    27 May 2023 at 22:47

    Salam,mənim iki gündü sancım olur ,.amma ay başım olmur.Vaxtından da keçir artıq.Səbəbi nə ola bilər sizcə?

    Reply

    • Ege Hospital

      31 May 2023 at 15:15

      Salam. Yumurtalıq kistaları ilə əlaqədar olmuş ola bilər. USM olunun.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Damla

    27 May 2023 at 22:52

    Salam,mənim iki gündü sancım var ,amma ay başım olmur.Vaxtından keçir artıq.Sizcə səbəbi nə ola bilər?Xahiş exirəm cavablandırardınız.

    Reply

    • Ege Hospital

      31 May 2023 at 15:15

      Salam. Yumurtalıq kistaları ilə əlaqədar olmuş ola bilər. USM olunun.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Ayşən

    20 July 2023 at 20:02

    Salam doktor aybaşı öncesi ağrılarım Cox pis olur ne etmeliyem yada neden olur ?

    Reply

  • Səadət

    12 August 2023 at 14:20

    Salam artıq iki aydır ki,ayda iki dəfə aybaşı oluram ayın əvvəli və axırı yeni əgər ayın biri oluramsa 27,28 yende oluram bu normaldır?

    Reply

  • Əfsanə

    30 August 2023 at 06:32

    Salam Aygün xanım. Mənim artıq illərdi aybaşıdan 10-12 gün əvvəl ağrılarım başlayır. Küt ağrılar belimə vurur dözə bilmirəm 10 dəqiqə həmin sancı tutur sonra buraxır. Fərqli həkimlərdə olmuşam deyilib ki, problem yoxdu. Əsasəndə ağrılar sağ və sol tərəfdən tutur. Aybaşı zamanı heçbir ağrı olmur və gecikmədə yoxdu hər şey normaldı. Sadecə bu ağrı məni artıq həyatdan bezdirib

    Reply

    • Ege Hospital

      30 August 2023 at 13:01

      Salam. Premenstrual sindrom yaşayırsınız. Bəzən bir problem olmasa da, sizi rahatladacaq müalicəyə ehtiyacınız var.
      Uzman Dr Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Aysel

    14 September 2023 at 15:49

    Salam mənim mensturasiya ağrılarim olur və şiddətli olduğuna görə ayda bir dəfə ağrıkəsici vurdururam bunun bir zərəri varmı?yaş 33

    Reply

    • Ege Hospital

      15 September 2023 at 18:34

      Salam. Normaldan artıq ağrıkəsici istifadəsi böyrəklərə mənfi təsir göstərə bilər. Müayinə və müalicə almanızı məsləhət görürəm.
      Uzman Dr Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Feyziii

    17 September 2023 at 11:10

    Salam hekim men hal hazırda aybaşıyam ve sol tərəfdə balaca bir şiş var sise el vururam aqrayir neden ola bilər hekim

    Reply

    • Ege Hospital

      19 September 2023 at 13:25

      Salam. Hər aybaşı dövründə şişirsə, endometrioma ola bilər. Müayinə olunun.
      Uzman Dr Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Sabina

    25 September 2023 at 21:52

    Salam.Məndə aybaşı gecikməsi olur,bəzən 5-6 gün,bəzən isə 1 aydan çox gecikir.Sinəmdə şişkinlik və ağrı yaranır aybaşıdan əvvəl,həmçinin çox zaman qarnımda da şişkinlik olur.Bu nə ilə bağlı ola bilər?

    Reply

    • Ege Hospital

      29 September 2023 at 10:58

      Salam. Hormonal pozğunluq ilə əlaqəli ola bilər. Müayinə olmanızı məsləhət görürəm.
      Uzman Dr Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Sabinaaa

    25 September 2023 at 21:53

    Salam.Məndə aybaşı gecikməsi olur,bəzən 5-6 gün,bəzən isə 1 aydan çox gecikir.Sinəmdə şişkinlik və ağrı yaranır aybaşıdan əvvəl,həmçinin çox zaman qarnımda da şişkinlik olur.Bu nə ilə bağlı ola bilər?

    Reply

    • Ege Hospital

      29 September 2023 at 10:58

      Salam. Hormonal pozğunluq ilə əlaqəli ola bilər. Müayinə olmanızı məsləhət görürəm.
      Uzman Dr Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Elvin

    7 October 2023 at 03:00

    Salam hekim ay başı olan vaxtımdi ama olmuram üstəlik sancıdan ölürəm neden olar başdakı hipofiz vezinden ola bilermi?

    Reply

    • Ege Hospital

      16 October 2023 at 15:10

      Salam. Prolaktin yüksəlməsi aybaşı ağrısı vermir.
      Müayinə və müalicə olunun.
      Uzman Dr Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Gülnar

    13 October 2023 at 21:47

    Salam həkim mənim aybaşidan 10gün qabaq ağrilarim olur zəyif ama incidən deyil sorada aybaşi oluram bu ağri niyə aybaşidan 10 gün qabaqcadan ağrim olur yəni onu bilmək istyrəm

    Reply

  • Yegane

    18 October 2023 at 17:35

    Salam zehmet olmasa menimde sualllml cavablandlrardlz ,evvelceden tewekkur edirem .Menim 49 yawlm var,aybawl zamanl bir hefe qabaqcadan ,bir heftede sonradan bawlmln agrlslndan olurem buna ne ede bilmerem.Hetda baw agrlsl derman bele Keşmir agrlsln .Cox xahiw edirem cavablandlrardlz Hetda aybawl öncesi bütün bedenim ,sumuklerimde agrlylr

    Reply

    • Ege Hospital

      23 October 2023 at 17:32

      Salam. Baş ağrılarınız menstruasiya ilə daha da artırsa, mütləq nevropatoloqa müraciət edin.
      Uzman Dr Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Naz

    27 October 2023 at 19:07

    Salam məndə mensturasiya zamanı ükbulanması və baş ağrısı olur qarnımın alt hissəsindədə ağrılar olur bəzən çoxalır bəzən azalır bu normaldırmı?

    Reply

    • Naz

      27 October 2023 at 19:10

      Sidik zamanı göynəmə, yanma olur və 10 gündüki keçmir. Tez tez sidiyə çıxmada ollur? Böyrəkdə ağrıda hiss edirəm ara sıra. Səbəb nə ola bilər? Xahiş edirəm cavablandırın

      Reply

      • Ege Hospital

        31 October 2023 at 14:04

        Salam. Premenstrual sindroma bağlı şikayətlər yaşayırsınız.
        Sidikdə yanma infeksiyaya bağlıdır, müalicə almanız lazımdır.
        Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

        Reply

    • Ege Hospital

      31 October 2023 at 14:04

      Salam. Premenstrual sindroma bağlı şikayətlər yaşayırsınız.
      Sidikdə yanma infeksiyaya bağlıdır, müalicə almanız lazımdır.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Fatime

    19 November 2023 at 09:02

    Salam menim 42 yawim var normalda nece gun aybawi olmaq normaldir?

    Reply

  • Əminə Orucova

    8 December 2023 at 22:20

    Salam mənim bir xəsdələnmədim
    iki ay qan axmam oldu qan axmaya görə müalicə oldum iki ay normal oldu noyabr ayı yenə olmadı nədən ola bilər (38 yaşım var)

    Reply

    • Ege Hospital

      13 December 2023 at 12:49

      Salam. Aybaşı pozğunluğunun çox səbəbi var, araşdırılması lazımdır, müayinəyə gəlin.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama Ginekoloq

      Reply

Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!