Aybaşı ağrıları

Aybaşı ağrıları

12 January 2022 62
aybasi-agrilari.jpeg

Qadınların yarısından çoxu menstruasiya ağrılarından – aybaşı ağrılardan əziyyət çəkir.

Bu ağrılar necə olur?

Qarnın alt aşağı bölgəsində – hissəsindən başlayır, belə, ayaqlara doğru yayılır. Bu ağrılara da: ürək bulanması, qusma, ishal, tez-tez sidiyə çıxma və bəzən ən ağır hallarda, depressiya ilə müşahidə oluna bilər.

Bu ağrıları yaşayan qadınlar, əgər ki, bunun nədən olduğunu bilərsə, nədən olduğunu öyrənərsə, bunu daha yaxşı, daha rahat keçirə bilər.

Hər ay dediyimiz kimi uşaqlığın daxili divarında bəlli bir qan damarları qalınlaşır və        estrogen və progesteron hormonunun dəyişilməsi nəticəsində o qan kənara atılır. Uşaqlıq əzələdən formalaşan bir orqan olduğu üçün yığılaraq o qanı çölə atır. Bu yığılma zamanı uşaqlığa gələn qanın miqdarı azalır və qan azaldığı üçün oksigen də azalır. Əzələ toxumasında, uşaqlığın daxili divarında “prostaqlandin” dediyimiz maddələrin miqdarı yüksəlməyə başlayır. Bu prostaqlandin də sinir uclarını qıcıqlandırdığına görə biz uşaqlığın olduğu bölgədə – tam qasıq bölgəsində ağrı hiss etməyə başlayırıq.

Birincili və ikincili aybaşı ağrıları

Bu ağrının yaşanma perioduna bağlı və zamanına bağlı biz bunu birincili və ikincili olaraq ayırd edirik. Əgər ki, qadın ilk menstruasiya qanaması ilə birlikdə bu ağrıları yaşayırsa, biz buna birincili ağrı, yəni “birincili dismenoreya” deyirik tibbi olaraq. Amma deyək ki, illərlə ağrısız menstruasiya yaşayır, amma müəyyən bir perioddan sonra ağrı aybaşı qanamalarına qoşulursa, biz buna “ikincili dismenoreya” deyirik. Adətən, ikincili dismenoreyanın altında anatomik pozulma olur. “Endometrioma” dediyimiz yumurtalıq kistaları, uşaqlığın miomaları ola bilər və ya abort prosedurundan, keysəriyyə doğumundan sonra çox gördüyümüz uşaqlıq boynunda daralma nəticəsində qan çölə çıxa bilmədiyinə görə bu qadınlar ağrını sonradan yaşaya bilərlər.

Hansı qadınlarda daha çox görülür?

Kimlər risk qrupu altındadır deyə baxsaq, kimlər, hansı qadınlarda daha çox görülər menstruasiya ağrıları deyə baxdıqda:

  1. Mən genetik faktorlar deyərdim. Yəni ki: anasında, xalasında, bibisində… əgər belə bir aybaşı dövründə ağrılar olan qadınlar varsa, qızlar varsa, bunlarda da görülmə ehtimalı daha yüksəkdir, daha çoxdur.
  2. İkincisi, erkən yaşda menstruasiyaya başlayanlar. 11-12 yaşlarında aybaşı qanamaları başlayanlarda daha çox görülür bu ağrılar.
  3. Ücüncü qrupda, adətən, qeyri-müntəzəm menstruasiyası olanlar və ya həddən artıq çox qanaması olanlar bu risk qrupu altındadır.

Aybaşı ağrısı zamanı həkimə müraciət

Nə vaxt ginekoloqa gedək, həkimə müraciət edək?

Əgər ki, bu ağrılar sizin həyat fəaliyyətinizi pozursa, aybaşı ağrıları yaşadıqda həyatınıza, fəaliyyətinizi davam edə bilmirsinizsə, mütləq müraciət edilməsi lazımdır. Ağrılar sizdə əvvəllər olmayıb, müəyyən bir yaşdan sonra ağrı yaşamağa başlamısınızsa, yenə mütləq həkimə müraciət etmək lazımdır.

Və önəmlisi yaşdır. İrəliləyən yaşla bərabər əgər ki, ağrılar da artır və get-gedə bu ağrının şiddəti daha da artmaya meyillidirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Müalicəsi nədir?

Müalicəsini 2 şəkildə ayıra bilərik: medikal və non-medikal. Yəni dərmanla və dərmansız müalicə şəklində.

Dərmanla müalicələrin başında ağrıkəsicilər gəlir. Həkimə müraciət etmədən də bu menstruasiya başlanğıcından bir gün öncə və ya menstruasiya gördüyümüz gün və ya 1-2 gün sonra istifadə edərək fayda əldə edə bilərik. Amma qadınların çoxu bu menstruasiya qanamasını azaltdığı üçün bu müalicə metodunu sevmirlər.

İkinci bizim ən çox müraciət etdiyimiz, ən çox istifadə etdiyimizdə fayda gördüyümüz dərman qrupu oral kontraseptivlərdir. Bunlar həm menstruasiya nizamsızlığı varsa, aradan qaldırır, həm aybaşı ağrılarını 90 faizə qədər, yəni mükəmməl bir şəkildə menstruasiya ağrılarını azaltmaqda faydalıdır.

Ondan sonra uşaqlıq daxili istifadə etdiyimiz spirallar var – hormonal spirallar. Bunlar da aybaşı zamanı ağrıların azaldılmasında faydalı ola bilər. Və ya dərialtı implantlar olsun, aylıq, 3 aylıq iynələr menstruasiya ağrılarının azaldılmasında faydalıdır.

Dərmansız müalicə

Bəzi xəstələr deyir ki: “Yox, mən dərman istifadə eləmək istəmirəm”. Bunlara ən çox tövsiyə etdiyimiz metod idmanla məşğul olmalarıdır. Bu idmanla məşğul olmaq ancaq ayda 2 gün, 3 deyil, müntəzəm bir şəkildə idmanla məşğul olması və ya tənəffüs idmanlarından istifadə edə bilərlər, yoqa, akupunktur kimi dərmansız metodlarla və ya kalsium, magneziumla zəngin diet eliyərək də bu ağrıları nisbətən də olsa azaltmaqda fayda edə bilərik.

Uzman Dr.Aygün Əkbərova, Cərrah mama-ginekoloq

 

 


62 comments

  • ELZA

    25 July 2022 at 21:13

    Salam. Aybaşı vaxtı analiz vermək olar?

    Reply

    • Ege Hospital

      26 July 2022 at 18:01

      Salam. Aybaşı periodunda sadəcə qadın cinsi hormonları dəyişkənlik göstərir. Digər hormonların səviyyəsinin menstruasiya ilə bir əlaqəsi yoxdur. Yəni verilə bilər.
      Uzman Dr. Aygün Ələkbərova, Cərrah Mama Ginekoloq

      Reply

  • ELZA

    25 July 2022 at 21:16

    Yəni TSH
    ANTI-TC
    Bu birisiləri oxuya bilmədim

    Reply

    • Ege Hospital

      26 July 2022 at 18:02

      Salam. Bəli, verilə bilər.
      Uzman Dr. Aygün Ələkbərova, Cərrah Mama Ginekoloq

      Reply

  • Afa

    27 July 2022 at 20:04

    Aybaşı vaxdı bitənə yaxın təziq oynaya bilər?

    Reply

    • Ege Hospital

      6 September 2022 at 13:40

      Salam. Aybaşı ilə təyziq səviyyəsi arasında ciddi bir əlaqə yoxdur. İlk günlərdə təyziq hipotansiv seyr edə bilər.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Saray

    4 September 2022 at 12:56

    Mende aybaşi əkser aylarda vaxtimdan tez olur,yeni her ay bir iki gun tez olur ve ilk gun çox agri olur . Tez olmasinda nese bir zerer ve ya bir xeyir ola biler ?21 yasim var,nisanliyam bir neçe ay sonra toyum olacaq buna gore maraqlandim

    Reply

    • Ege Hospital

      6 September 2022 at 13:41

      Salam. Aybaşı tsikli 21-35 gündən bir olması normal hesab edilir. Sizin döngünüz 29 gündən birdir və normaldır.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

    • Manzar

      21 November 2022 at 11:10

      Aybasi zaman men qari aqris ollur ve uaqq.olmur vaxat Vantin aybasi olluram niyye belledi vacaav yazrsisda.

      Reply

      • Ege Hospital

        21 November 2022 at 14:49

        Salam. Sualınız aydın olmadı. Daha ətraflı yaza bilərsinizmi?

        Reply

        • Nigae

          26 December 2022 at 13:31

          Ağrı həmişə olub qız vaxtından. Amma axır vaxtlar lap şiddətlənib dəhşətli ağrı olur ağrıkəsici iynə vurmasəam ağrıdan huşumu itirə bilərəm. 40 yaşım var. 4 ildi təkəm bu ağrılara səbəb ola bilərmi?

          Reply

          • Ege Hospital

            27 December 2022 at 18:47

            Salam. İkincili dismenoreyadan bəhs edirsiniz. Mütləq müayinə və müalicə lazımdır.
            Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

  • Vekalet

    11 September 2022 at 12:58

    Salam həkim məndə ay başı gecikməsi olur 1 həftə ya da 2 həftə bunun hamilə qalmagıma prablemi var

    Reply

    • Ege Hospital

      13 September 2022 at 15:59

      Salam, aybaşının 10 gündən çox gecikməsi normal deyil və bu hamilə qalmağı çətinləşdirir.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Nargiz

    29 September 2022 at 08:47

    Salam. 37 yanındayam. Aybaşı günlərim həm azalıb yəni əvvəl 5 gün indin2 gün, həmdə güclü ağrılar yaranıb aybaşı zamanı. Və iki sikl 1,2 gün gecikmə baş verir. Səbəbi nə ola bilər? Yaşla əlaqədər ola bilərmi bu dəyişiklər?

    Reply

    • Ege Hospital

      30 September 2022 at 15:13

      Salam. Yaşla əlaqədar ola bilər. Mütləq müayinə və hormon dəyərlərinizə baxılmalıdır.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Ayss

    13 October 2022 at 21:03

    aybaşı vaxtı qolaltı ağrısı normaldı? (başlayanda və ya bitəndə) qolaltında sırf bir nöqtədə ağrı olur

    Reply

    • Ege Hospital

      15 November 2022 at 18:25

      Salam, normaldır, ola bilər.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama Ginekoloq

      Reply

      • Salatın

        27 November 2022 at 21:56

        Salam məndə aybaşı olarkən çox ağrılar verir.Yaşım 14 olacaq sizcə bu normaldır? Və 1 həftədə baş verir ağrılar 4 gün çəkir.

        Reply

  • Jale

    16 October 2022 at 21:09

    Salam doktor aybaşı öncesi göyneme yaranır neden ola biler amma mikrobdan göbelekden mualice almişam

    Reply

    • Ege Hospital

      18 October 2022 at 17:57

      Salam, menstruasiya zamanı göynəmə vaginal flora dəyişikliyinə bağlı ola bilər. Tək səfərlik müalicə almağınız infeksiyanın tamamən keçdiyini göstərməz.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Gülarə

    18 October 2022 at 00:31

    Salam dr, məndə 44mm sağ yumurtalıq kistası var, keçən aylarda mensturasiyadan öncə ağrı olmurdu, amma bu dəfə mensturasiyadan öncə ağrı var, kista əriyir deyə ola bilər? ( müalicə alıram kistaya)

    Reply

    • Ege Hospital

      18 October 2022 at 17:55

      Salam, kista əriməsinə bağlı ağrı olmaz, əgər ağrı ilk dəfə olursa, təqib edilsin, təkrar edərsə, müayinəyə gələrsiniz.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

      • Aysel

        15 November 2022 at 08:36

        Salam dr məndə mensturasiya ağrıları olur və mədəmədə vurur bu ağrılar.Məsləhətiniz?

        Reply

        • Ege Hospital

          15 November 2022 at 18:27

          Salam. Müayinə və müalicə almağınızı məsləhət görürəm.
          Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama Ginekoloq

          Reply

  • İlkane

    26 November 2022 at 16:10

    Salam aybaşı gecikməsi var ve basim
    və Ayaqların ağrıyır bu 1 aydı beldir və aybaşı olmamışam bu ay

    Reply

  • Amina

    1 December 2022 at 01:21

    Salam 17 yaşlm var 11 yaşlndan oluram bu 2 aydı 1. Və ya 2 gün oluram kəsilmə ola biler?

    Reply

    • Ege Hospital

      2 December 2022 at 18:19

      Salam. Kəsilmə olabilməz əlbəttə ki. Yaşadlğınız aybaşı pozgunluğu olub, il ərzinde 3 dəfəyə qədər olarsa normal, 3 aydan çox davam edərsə, anormal sayılır. Müayinə olmanızı gərəkdirir.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Zehra

    2 December 2022 at 11:31

    Salam men. Hamileliymin ilk heftesin aybawi agrisi ilə kecirirem elə bilirəm indi menen qan gelecey bezen guclu olur bezen zeif. Nədən ola bilər? Birdefede belə olmuwdu. Qan analizi verdim inkiwaftan qalmiwdi gəlib özü düşdü

    Reply

    • Ege Hospital

      2 December 2022 at 17:52

      Salam. Hamiləliyin ilk 12 həftəsi qasıq nahiyəsində ağrılar çox görülür. Əgər USM-də bir problem yoxdursa, narahat olmayın.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Zehra

    3 January 2023 at 16:16

    Salam men 7 heftelik hamileyem. Amma aybawi agrilarim olur butun orqanlarima agri vurur. Baxiram wefaf ve ag rengde maye gelib. Ama 3 hefteliyinde getmiwdim dediler uwagliqdadi herwey qaydasindadi. Amma agrilarim kecmedi urey bulantimda var

    Reply

    • Ege Hospital

      5 January 2023 at 15:20

      Salam, əgər USM-də uşaqlıq daxili normal hamiləlik varsa, ağrılar keçici olaraq bir neçə həftə davam edə bilər və bu normal sayıllr.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Lalə

    3 January 2023 at 16:43

    Salam,hekim. Deməli,3 noyabr tarixində bosh hamilelik olduğu üçün 6 heftelik abort etdirmək məcburiyyətində oldum. Artıq 3 gündü qarınaltı və bel ağrılarım var(onu da qeyd edim ki,aybaşı öncəsi heç vaxt ağrılarım olmayıb).Bilmək istərdim ki, səbəb aybaşı gecikməsi ola bilər,çünki hələ abortdan sonra aybaşı keçirməmişəm .Öncədən təşəkkür edirəm.

    Reply

    • Ege Hospital

      5 January 2023 at 15:17

      Salam. Bəli ola bilər, abort sonrası bir neçə ay aybaşı pozgunluğu yaşana bilər və bunu normal qəbul edirik.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Taha

    6 January 2023 at 18:12

    Salam məndə iki gündür aybaşı ağrısına bənzər ağırlar olur ele bil qaz sancısı dolub Papaverin sam istifadə etdim .oda komek etmedi indi ayaqlarıma vurub ağrılar onuda deyim ayagimda corab olmadan gecə durub uşağa yemək vermişəm yeni soyuqlama ehtimalı var onun üçün nə edə bilərəm 5aydi keysəriyyə əməliyyatı olunmuşam

    Reply

    • Ege Hospital

      13 January 2023 at 16:43

      Salam. İlk dəfə belə ağrı yaşayırsınızsa, narahat olmayın, təkrari hal alarsa, müayinə və müalicəyə ehtiyacınız var.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Ayten

    12 January 2023 at 21:47

    Salam hekim men 38 yasindayam getdikce pisleşir agrilarim qarinda agri sanci ishal urek bulanma aşiri sinir eseb bas agri aşagı tezyiq yeni bu bir nece ilde bele olub onceki agrilarim bele deyildi bu arada kista ve miyomam da var

    Reply

    • Ege Hospital

      14 January 2023 at 21:04

      Salam, kista və mioma bağlı olabilər ağrılarınız. Müayinə və müalicəyə ehtiyac var.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Asu

    13 January 2023 at 23:29

    Salam.Bir ayda iki defe aybasi olmaq normaldir.İltihabla bağli ola biler.Çunki çenem sepgiler olur.Heç vaxt bele olmamişdi

    Reply

    • Ege Hospital

      14 January 2023 at 21:07

      Salam. Normal deyil. İlk dəfə olursa, dərhal müalicəyə ehtiyac yoxdur.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Ellada

    21 January 2023 at 01:45

    Salam Aygün xanım. Mənim 28 yaşım var. 1 ildən çoxdur hər mensturasiya vaxtı sağ yumurtalığımda kəskin ağrılar olur. Həkimə getdim məni apendisitdən əməliyyat etdi və üstündən 1 il keçməsinə baxmayaraq həmin ağrılar hələdə var.Buna səbəb nə ola bilər? Ağrıkəsici belə təsir etmir ağrıya. Sanki yeni əməliyyat olmuş kimi kəsik ağrısı var.

    Reply

    • Ege Hospital

      25 January 2023 at 17:48

      Salam. USM ilə baxılaraq fikir bildirə bilərik. Keçmiş olsun.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Ayla

    30 January 2023 at 13:29

    Salam həkim 22 yaşım var evli deyilem mensturasiya vaxtlarım çox gecikir müainə ilə heçbir problem görünmür analiz usm hamısı normaldı amma 2aydan bir və ya fərqli günlər gecikərək oluram nədən ola bilər? xaiş edirem cavablandırın öncədən təşkkür

    Reply

    • Ege Hospital

      8 February 2023 at 14:01

      Salam. Aybaşının 35 gündən daha da gecikməsi normal deyil və bunun bir səbəbi var. Müayinəyə gəlmənizi məsləhət görürəm.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Ruzanna

    1 February 2023 at 12:08

    Salam Aygün xanım. Aybaşı öncəsi bədənim gah istiləşir. gah da çox soyuq olur. 23 yaşındayam və evlənəndən sonra belədir. Bu normaldır mı? Necə aradan qaldıra bilərəm
    ?

    Reply

    • Ege Hospital

      8 February 2023 at 14:02

      Salam. Premenstrual sindrom yaşayırsınız. Stress bu halın səbəblərindən biridir. Zamanla düzənə girəcək.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Nermin

    13 February 2023 at 21:18

    Salam hekim menim aybasim vaxtindan iki gün evvel oldu az olur ve cox sancilidi bunun hamile qalmaga nese problemi var?

    Reply

    • Ege Hospital

      14 February 2023 at 17:26

      Salam. İlk dəfə olursa, problem olmaz, izləməyə davam edin.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Nermin

    15 February 2023 at 08:33

    Keçen ayda oldu ama onda falekul partladi ama yenede uwag olmadı ciddi nese problem ola biler?

    Reply

    • Ege Hospital

      16 February 2023 at 19:06

      Salam. Hamilə qalmamaq sadəcə qadın qaynaqlı deyil. Yoldaşınız da müayinə olunsun.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Gülşən

    16 February 2023 at 23:57

    Salam. Deməli təzə ailə qurmuşam dekabrın 26si,
    Yanvarın 10, 2 gün gecikmə ilə aybaşı olmuşam. Fevralın 12si aybaşı vaxtimdi gecikməm var, test 2 xətt göstərdi, sinəmde ağrı var, və qarınin aşağı nahiyəsində aybaşı ağrıları kimi ağrılarim var hamiləlikdi bu? Yada olarmı ki test aybasiya görə 2 xətt gosterir

    Reply

    • Ege Hospital

      17 February 2023 at 17:44

      Salam. Hamiləlik əlamətləri yaşayırsınız. Yaxın zamanda müayinəyə gəlin.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • No name

    17 February 2023 at 13:31

    Salam həkim mənim aybaşim 10 gündür gecikib 18 yaşim var evli deyilem. İltihabim var idi müalicə aliram ama yenədə vaxti vaxtinda olmur kecən ayin 7si olmuşdu heyz ama indi bu ayin 17disidir hələdə olmayib yumurtaliglarimda cox ağri var belimədə verir ağriyi. Aldiğim müalicələrdən ola bilərmi? Xaiş edirəm cavablayardiz nə etmeliyəm ?

    Reply

    • Ege Hospital

      17 February 2023 at 17:45

      Salam. Aybaşı tsikli bəzən qəbul etdiyimiz dərmanlara bağlı olaraq dəyişiklik göstərə bilər. Gecikmələr davam edərsə, müayinə olmanığızı məsləhət görürəm.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Gunel

    17 February 2023 at 13:37

    Salam həkim. Sualma görə uzr istəyirəm. Yeni evliyem ilk cinsi elaqe yaşaya bilmədik məndə yiğilma baş verdi iceri daxil olmadi ondada yumuşalma oldu ama sperma gəlmədi məndən su kimi nəsə gəldi bu halda hamilə ola bilərəmmi? Melostracyam gecikib. Hamilə olmasam belə melosdracyamin gecikmeyi onunla bağli ola bilermi xaiş edirəm etrafli cavab yazardiz,.

    Reply

    • Ege Hospital

      17 February 2023 at 17:47

      Salam. Menstruasiya gecikməsi hər zaman hamiləliyə bağlı deyildir. Hamiləlik testi və ya qanda bhcg testi verin.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Gunay

    20 February 2023 at 00:43

    Salam dr.men abort oldum 9 hefdelik inkiwafdan dayanmiw hamilelik idi 1 hefdedi olmuwam indi qarnimda sancilar var uziye duwdum dedi laxtalanma var neyniye bilerem yene abort olunmalidi?

    Reply

    • Ege Hospital

      21 February 2023 at 12:49

      Salam. Bəzən dərman vasitələri ilə də uşaqlıq daxili qalıqlar təmizlənə bilər.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Xanim Babayaeva

    3 March 2023 at 14:48

    Salam 15 yasim var aybaşı zamani coxlu agri olur ayaqlarim qarnimin alt hisesi belim cox agriyir birdə aybasi gecikmeleri olur yanvar ayinda oldugum halda fevral ayda olmadim mart ayinda oldum bunun sebebi ne olar?

    Reply

    • Ege Hospital

      4 March 2023 at 11:44

      Salam. 15 yaşa kimi aybaşı pozğunluğuna müdaxilə etmirik. Ancaq, sizi çox narahat edirsə, müayinə olunun.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

  • Lalə

    5 March 2023 at 09:03

    Salam, həkim. Düzdür ki, aybaşı zamanı ağrı kəsicilərdən istifadə orqanizm üçün mənfi təsirlər yaradır?

    Reply

    • Ege Hospital

      6 March 2023 at 15:49

      Salam. Ayda 1 dəfə ağrı üçün dərman içməyin bir zərəri yoxdur.
      Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq

      Reply

Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!