Koronavirus / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

hamile-koronvirusa-yoluxarsa.jpg

14 November 2021 GinekologiyaKoronavirus0

Əslində biz ginekoloqların bilavasitə məşğul olduğu bir mövzu olmasa da, amma bizə də təsir edir.

Ən çox xəstələrimizi narahat edən nədir? Korona keçirdi, baş verən bir hamiləlik var, “Hamiləliyi sonlandırmalıyammı?”

 “Mən hamiləlikdə korona keçirsəm, erkən həftələrdə, körpə qüsurlu ola bilər, inkişafdan qala bilər.” Ona görə hamiləliyi sonlandırmaq üçün müraciət edənlər, hətta sonlandıranlar da var.

Əslində artıq 2 ilə yaxındır ki, bu korona xəstəliyi ilə bütün dünya mübarizə aparır və artıq yeni məqalələr onu göstərdi ki, hələ ki, korona xəstəliyinin xüsusi olaraq anomaliya üzərində bir təsiri yoxdur. Ona görə də erkən trimestrdə, əgər korona xəstəliyi keçirilirsə, hamiləliyin sonlandırılması tövsiyə edilmir, hamiləlik eyni şəkildə davam edir. 

Korona xəstəliyini ginekoloq yox, uyğun mütəxəssis təqib edir

Əlbəttə ki, biz uyğun mütəxəssisə yönləndiririk. Simptomları olan, şübhəli görünən xəstələrdə mütləq korona testi məsləhət görülür və korona pozitiv çıxarsa, uyğun mütəxəssisə yönləndirilir. b O pasiyentin normal korona xəstəliyinin gedişini, təbii ki, bir ginekoloq izləməz, uyğun mütəxəssis izləyər…

Bəzən xəstələr bizdən müalicə tələb edirlər ki, məsələn: “Qızdırmam var, korona simptomları var, öskürək var, nəfəs darlığı. Nə edə bilərəm?” Korona bir ginekoloqun müalicə etdiyi bir xəstəlik deyil. Biz uyğun mütəxəssisə yönləndiririk, istər infeksion xəstəliklər uzmanına, istərsə də ağciyər xəstəlikləri mütəxəssisinə.

Azərbaycanda hamilələr koronavirus əleyhinə peyvənd olunmur

Bilirsiniz ki, Azərbaycanda hamilələrə peyvənd protokolda yoxdur. Yaxud peyvənd olundu bir, həftə sonra öyrənir ki, hamilədir. Çox qorxurlar. Hər gün, bəlkə, onlarca müraciətlər olur: “Peyvənd olunmuşam, amma hamilə olduğumu yeni öyrəndim. Hamiləliyimi sonlandırmalıyammı?” Dünya üzrə tədqiqatlar aparılıb, hamilələrə peyvənd olar. Amma Azərbaycanda hamilələr olunmur. Biz mütləq şəkildə sosial məsafəyə, gigiyena qaydalarına əməl etməyi tövsiyə edirik. Yaxud korona peyvəndi olubsa və hamilə qaldığını öyrənibsə, hamiləlik normal hamiləlik şəklində davam edəcək. Yəni peyvəndin bu günə qədər hamiləlik üzərində bir neqativ təsiri göstərilməyib.

Süni mayalanma və Covid peyvəndi 

Bir də hamiləlik planlayanlar. Xüsusilə, infertil xəstə qrupu, yəni sonsuzluqla müraciət edən xəstə qrupu bizdən arayış istəyir ki, “Biz sonsuzluq müalicəsi alırıq, peyvənd olunmayım” deyə. Elə bir şey yoxdur,. vaksinasiyanı biz də tövsiyə edirik.

Əgər vaksinasiya olundu və həmin ay hamilə qaldısa, bir zərəri olmaz. Eyni şəkildə hamiləlik təqibinə davam edilməlidir. 

Ona görə də bütün pasiyentlərimizə, təbii ki, sosial məsafəyə, gigiyena qaydalarına əməl etməyi tövsiyə edirik. Eyni zamanda, bu gün ölkəmizin dəstəklədiyi bütün növ vaksinasiyalardan hər hansı birinin olunmasını tövsiyə edirik və onların öz sağlamlığı üçün də, gələcəkdə reproduktiv funksiyaları üçün də çox vacibdir, heç bir zərəri yoxdur. Yəni bu gün tibbi yayımlar bunu göstərir və biz də bunu tövsiyə edirik.

Süd verən analar və koronavirus

Süd verən analara Azərbaycanda vaksinasiya məsləhət görülmür. Amma istəyə bağlı etdirənlər də var. Bir zərəri yoxdur. Əksinə düşünürəm ki, çox faydası olacaq. 

Hamilə olduğunu öyrənənlər ikinci doza peyvənd olunmalıdırmı?

İlk dozanı vurdurub hamilə qalıb: “İkinci dozanı vurdurummu?” Dünya praktikasında mütləq şəkildə tövsiyə edilir ikinci dozanın da vurulması. Yəni vaksinasiya tam olmalıdır.

Biz istər hamilələrdə, istər süd verən analarda, istər hamiləlik planlayanlarda bu peyvəndlənmənin müsbət olduğunu, xəstə üçün çox faydalı olduğunu və gələcəyi üçün də çox əhəmiyyətli olduğunu, heç bir zərəri olmadığını düşünürük. Necə ki, digər peyvəndlər, eləcə də korona əleyhinə peyvənd vaksinasiyasını məsləhət görürük.

Uzman. Dr. İlhamə Eldarova, Cərrah mama-ginekoloq 

 


delta-stammi-ve-usaqlar.jpeg

21 September 2021 KoronavirusPediatriya0

İlk öncə dedilər “Uşaqları virus tutmur”. Sonra da dedilər “Tutur, zəif keçir” filan… 

Həqiqətən də, ölüm faizləri belə 1 faizin altında idi ilk başda. 

İndi bölüblər “Birinci dalğa”, “İkinci dalğa”… Dördüncü dalğanı yaşayırıq artıq. İlk dalğalardan çox az ölüm faizləri gəlirdi, həddindən artıq. Uşaqlar çox az tuturdu..

İndi “Delta variantı” çıxıb. Bu variantların sayı artacaq deyə düşünürəm. Bu pandemiya müddəti uzandıqca bu mutasiya ilə dəyişmə artır. Artır onsuz da… “Delta”sında, “etta”sında bütün o latın qrafikasında olan bütün hərflər çıxacaq. 

Bu delta ştammı… Digərləri kimi dad, qoxu filan itirmir. Ən çox şikayəti temperatur, burun axıntısı, boğaz ağrısı və mədə-bağırsaq pozuntusu. Mədə-bağırsaq pozuntusu altda qalır. Əsas odur ki, burun axıntısı, boğaz ağrısı, bir də temperatur. Və temperaturlar düşməyən temperaturlar, qızdırmalar olur həddən artıq. “Düşürə bilmirəm” – ailələr müraciət edirlər.

Delta variantı uşaqlar arasında da yayılır

Bu deltanın xüsusiyyəti çox sürətli yayılmasıdır. Həddən artıq çox sürətlə yayılır. Bir ailədə hər kəs test vermir ki… 1 nəfər verir – “Korona pozitivdir”… Heç uşaqlardan mən indiyə kimi… 

Uşaqlardan Azərbaycanda statistika niyə yoxdur? Çünki heç kimin uşağı vermir. 

Çox nadir hallarda… Görür vəziyyəti çox ağırlaşır, onda gedir testini verir – PCR testin verir, “Hə, pozitiv gəldi” və ya da “Neqativ gəldi.” Çox az. Ona görə də Azərbaycanda statistika uşaqlar haqqında deyə bilmirik.

Dünya statistikasında COVID-li uşaqların sayı

Avqustun 8-nə olan, sadəcə indi maraqlı gəldiyi üçün deyirəm, Florida ştatında… Amerikanın 51 ştatı var, məsələn, onların sadəcə 1 dənə ştatında 178 uşaq bu delta ştammına yaxalandı. 

Hə, reanimasiya girmə şansı… Bunların yatış çox az bir hissəsidir. Amma hamısında çox sürətli şəkildə qızdırması… Stasionar yatışları olub bunların içində.

Qazaxıstanda 72 uşaq eyni gündə olmuşdu. Almatada. 

Bunların içindən dördü reanimasiyaya girmişdi. 

Düzdür, uşaqlarda, indi əvvəlki kimi də deyəcəyəm sizə ki, ağır getmir. 

Kimlərdə ağır gedir? Altda yatan bir xəstəliyi varsa. Və bir də ailələr özbaşına dərman preparatları istifadə etdiyində o daha da aqressivləşdirə bilir. Belə ümumilikdə götürdükdə, həqiqətən, uşaqları delta tutur. Ağır forması keçəni də var, yüngül forması keçəni var. Çox da yayılıb, həddindən artıq.

Qızdırması olan hər uşaq korona deyil!

Son dönəmlərdə səbəbi bilinməyən qızdırmalarla çox müraciətlər olur. Hər səbəbi bilinməyən qızdırmalar korona demək deyildir. Təbii ki, biz pandemiya dönəmində yaşayırıq. Mənə bu dəqiqə müraciət gəlir. Ortalama statistika – görürəm ki, bu dönəmdə qrip olmaz, bu dönəmdə başqa xəstəlik olma şansı az olduğu üçün, qrip sezonu deyil çünki, hər gələnə, qızdırması olana mən korona kimi baxıram. Çünki pandemiya dönəmində yaşayırıq. Amma hər gələn qızdırması olan korona deyildir.

Son dönəmlərdə mədə-bağırsaq sisteminin pozuntusu ilə gəlirlər. Özü də ishallar olur. Gün içində 4-5 dəfə. Əvvəl temperaturla başlayır. Yüksək temperatur sonra ishallarla davam edir. 

Elə mənə müraciət edənlərdən danışım. Bu son 1 həftənin içərisində 5 dəfə – 5 uşaqda nəcisində rota virus pozitiv gəldi. Elə hər kəs onda korona deyil yəni, delta deyil. Rota virus…

Rota virusa qarşı peyvənd oluna bilər uşaqlar

Delta ştammı, korona mədə-bağırsaq sistemini pozurmu? Pozur. Amma hər mədə-bağırsaq pozuntusu da delta demək deyildir. Roto viruslar həddən artıq gəlir. 

Bütün dünyada var, Azərbaycanda da var. 

Rota virusunun peyvəndləri var. 2-4 cü aylarında bu peyvənd vurulur. Bu dəqiqə ödənişlidir o peyvəndlər. Dünyada, Türkiyədə də ödənişlidir, başqa yerdə də ödənişlidir. Peyvənd protokoluna daxil olunacaq, inşallah, yaxın zamanlarda. O da pulsuz olacaq. Amma hal hazırda pulludur və bütün ailələrə 2-4 aylarında, bu aylarda çox, həddən artıq çox şiddətli gedir. Ona görə rota virus peyvəndinin vurulmasını məsləhət görürəm.

Uşağın qızdırması qalxıbsa, yaşına baxırıq

Çox verilən suallardan da – “Evdə qızdırmam var. Uşağın qızdırması çıxıb.”

Birinci, uşağın yaşı çox önəmlidir. Niyə? Yenidoğulan dönəmində… Ümumiyyətlə, 3 ayın altındadırsa, bu uşağı xəstəxanada həkimin görməsi lazımdır. Yenidoğulan, məsələn, 28 gün, 1 ayın altındadırsa, mütləq qızdırması varsa, xəstəxanada yatar. 

3 ayın altında həkim görməsi lazımdır, 1 yaşın altında diqqətli olması lazımdır. Bu yaş önəmlidir.

Amma indi deyək ki, 3 ayın üstündə uşağın qızdırması var və ailədə də qızdırmalı var və bu uşağa necə yanaşmalıyam? Birincisi, həkimə müraciət eləsələr, çox gözəl olar. Amma indi son dönəmlər mənə də zənglər gəlir – “Müəyyən bir səbəblərə görə gələ bilmirik”. Evdə birinci qızdırmasalıcı preparatlarının necə istifadəsini bilmələri lazımdır. Necə gəldi istifadə olunur.

Qızdırmasalıcı preparatlardan necə istifadə edilməlidir? 

Bax, bildiyimiz beynəlxalq dərman preparatlarından “parasetamol tərkibli” var. Onun şamı var, siropu var… Ailələr bilməsi lazımdır ki, kilo başına hesablanılır, üzərində yazılan rəqəmlərlə deyildir. 5 yaşına qədər filan qədər ver, 3 yaşına qədər… Belə bir şey yoxdur. Kilo başına 5 yaşında 50 kilo da ola bilər və 5 yaşında 5 kilo da ola bilər. Məsələn, deyirəm, misal gətirirəm sadəcə olaraq. Odur ki, kilo başına. Parasetamol tərkibli 10-15 milliqram kiloqram doza, hər dəfə verəndə kilo başına. 10 kilodursa, 150 milliqram verə bilirsiniz 15-dən.

“İbuprofen tərkibli” olanlara isə 10 mq/kq. Bunların da müxtəlif formaları var, satışlarda baxa bilərlər. Mən sadəcə olaraq tərkib olaraq deyirəm. Bunlardan istifadə edə bilərlər.

Qızdırmanın həmin dəqiqə düşməsini istəmirik

37,5-ə qədər müdaxilə etmirik. Qızdırma müdafiə sistemidir, əslində. 38 və üzərinə çıxdığında artıq müdaxilə edirik, qızdırmasalıcılardan istifadə edirik. 

İlk öncə sizə, ailələrə bütün məsləhətim ilıq su ilə, ilıq deyək ki, bir tənziflə vücudunun silinməsi, qoltuq altlarının, qasıq nahiyələrin silinməsidir. Özü də yüngül tip şeylərdə daha… Çünki həmin dəqiqə salmaq istəmirəm ki, qızdırmanı aşağı. Çünki qızdırma müdafiə sistemidir. Qoy yavaş-yavaş düşsün. 

Qızdırmasalan dərmanlar yarım saat sonra təsir etməlidir

Verdiyimiz preparatların… Bax, parasetamol tərkibli bir preparatı verdiyimizdə 45 dəqiqədən sonra təsirini göstərir. “Ay doktor, verdim, düşmədi” – Belə bir şey yoxdur. Verən kimi düşməz ki. Heç düşməsini də istəmirəm. 45 dəqiqədən sonra təsir edir. 

İbuprofen tərkibli dərmanlar isə yarım saat sonra təsirə başlayırlar. Görürsünüz, bunlar dərmanı özləri elə hesablamışlar hamısı ki, “Həmin dəqiqə düşməsini də istəmirəm”. 

Hə, “Doktor, qorxuruq, birdən panik oluruq, sudurqa keçirər.” İndi, qıcolmalar kimi keçirdə bilir. Bu sadəcə 1 faizdir. Qızdırmasalıcı var satışlarda, verirsən həmin bir saniyə içərisində düşürür. Hətta 36-nın altına endirir. Elə bir qızdırmasalıcıların istifadə olunması qəti qadağandır!

Ailədə korona varsa, uşaqları necə qoruyacağıq?

Ailədə korona var. Uşaqları necə qoruyacayıq? 

Ekstradan heç bir dəyişiklik yoxdur. Yenə də maskasını taxsın, gigiyena qaydalarına diqqət etsin, əlini, ağzını tez-tez yusun, otağı havalandırsın. Yeməsinin, yatmasının düzənini pozmasın. 

Qorumaq budur. Başqa, bir ailədə əgər anada-atada pozitiv çıxıbsa, o deməkdir, uşaqlar da təmas ediblər. Ay, “Uşaqlar başqa yerə göndərim, ayırım, olsun” filan.. Xeyr! Onsuz da, təmas ediblər. Getsə, o gedəcəyi yerin ailələrini və ya oradakı yaşayanları yoluxdura bilərlər. Ona görə elə ailə içərisində qalsınlar, bol mayesini içsinlər. 

Virusdur da.. El arasında da deyirlər “Müalicə eləsən bir həftə, eləməsən 7 gün çəkir.” Qorxmağa gərək yoxdur. Qızdırma olduğunda qızdırmasalıcıları verilsin, bu dediyim də preparatlardan və dozası ilə.

Korona xəstəsi ana körpəsinə süd verə bilərmi?

Özəlliklə, süd verən analar çoxlu mesajlar yazır, ya da əlaqə saxlayırlar. Mənə bildirirlər ki, “Süd verirəm, doktor, korona keçirtmişəm. Uşağı ayırımmı süddən?” Xeyr! Əsla elə şey yoxdur. Hətta deyilir ki, südün miqdarını artırın.. Süddə qoruyuculuq var, immunoqlobulin var və bu olan immunaqlobulinlər uşağa daha da keçsin, immun sistemini aktivləşdirsin.

Hə, ana nə eləməlidir? 

Süd vermədən öncə gigiyenik qaydalar – yenə, maskasını taxacaq, əllərini yuyacaq, ağzı, ağız boşluğunu yuduqdan sonra bir də, məmə ətrafını da silsin, təmizləsin. Təmizliyinə, gigiyenik qaydalara baxaraq südünü verəcək. Südü kəsmək kimi belə bir praktika yoxdur.

Süd verən analar peyvənd vurdura bilərmi?

Bunun da araşdırması var. Araşdırılıb və süd verən analar və hamilələr peyvənd vurdura bilər. Əks göstəriş yoxdur. Sadəcə hamilələrdə ilk 3 ayı məsləhət görülmür. Hamilələrdə ilk 3 ay… Birinci trimestr deyirlər də… Ümumiyyətlə, birinci trimesterdə nəinki bu peyvəndlər məsləhət görülmür, heç bir preparatlar məsləhət görülmür. Elə bu da, peyvənd də onlardan biri olduğu üçün ikinci, üçüncü trimestrlərdə vurulur və hətta məsləhət görülür vurulması ki, özəlliklə, hamilələrdə. Çünki hamiləlikdə koronavirus daha ağır keçir. Peyvəndin vurulması da məsləhətlidir hamilələrə.

Uzman Dr. Rəşad Tağıyev, Pediatr

 


hamile-koronvirusa-yoluxarsa.jpg

15 January 2021 GinekologiyaKoronavirus2

1 ildən artıqdır ki, koronavirus dünyaya yayılıb və pandemiya halını alıb. Ölkəmizdə də hər gün yüzlərlə insan bu virusa yoluxur. Əlbəttə ki, bu hal hamilələrdən də yan keçməmişdir, hamilələr də koronavirusa yoluxa bilirlər. Bu postumuzda hamilələrin COVID-19-a yoluxması ilə bağlı tez-tez verilən suallara cavab verməyə çalışmışıq.

Sual: Hamilələr özlərində hansı əlamət olduqda koronavirusdan şübhələnə bilərlər?

Cavab: Öskürək, qızdırma, təngnəfəslik, burundan axıntı, iyin itməsi, dadın itməsi, ümumi halsızlıq, baş ağrıları, bədən ağrıları varsa, hamilələr koronavirusdan şübhələnə bilərlər.

Lakin onu da nəzərinizə çatdırmaq istəyirəm ki, hamilədə, ümumiyyətlə, təngnəfəslik və öskürək ola bilər. 

Çünki bilirik ki, diafraqma qarnın aşağı hissəsi ilə döş qəfəsini bir-birindən ayırır. Hamilənin bətnindəki uşağın, dölün böyüməsi ilə əlaqədər olaraq qarnı böyüdüyünə görə o diafraqmanı yuxarı doğru itələyir və əlbəttə ki, döş boşluğunda yer azalır, həcm azalır. Buna görə təngnəfəslik də ola bilər və quru öskürək də ola bilər.

Hər öskürəyi olan, təngnəfəsliyi olan hamilə panikaya düşməməlidir. Çünki onun panik təsiri həqiqi virusun təsirindən daha çox olur. 

Qadın özünü rahat hiss edirsə, qızdırması yoxdursa, burada heç bir şeydən şübhələnməyə bilər.

Lakin qadında baş ağrıları, bədən ağrıları 38 dərəcədən yüksək temperatur varsa, artıq koronavirusa şübhə ola bilər və o, mütləq test verməlidir.

Testin nəticəsinə əsasən ehtiyac varsa həkimin göstərişi əsasında müalicə olunacaq. 

Əgər hamilə qadında hipertoniya, artıq çəki, hamiləliyin diabetik xəstəliyi də varsa, əlbəttə, ona daha diqqətlə yanaşmaq lazımdır. Çünki belə qadınlarda koronavirus nisbətən ağır keçir.

Sual: “Koronavirus olan hamilələr virus əleyhinə dərmanlar içməlidirlərmi?”

Belə bir sual verirlər xəstələr ki: “Koronavirus olan hamilələr antiviral dərmanlar, yəni virus əleyhinə dərmanlar içməlidirlərmi?”

Cavabım budur ki, qətiyyən olmaz. Əgər hamilədə koronavirus aşkarlanıbsa, o suyu artırmalıdır, limonlu isti su içməlidir, göy-göyərti, meyvə-tərəvəzi artırmalıdır.

Əgər qadında başqa heç bir əlamət yoxdursa, panikaya düşməməlidir. Xəstələr zəng edirlər ki: “Doktor iy bilməm gedib, dad bilməm gedib. Qonşum sistem qoydurur”. Maye vururlar venaya. 

Həkim göstərişi olmadan bunların heç birini etmək olmaz. Çünki hamilələrdə onsuz da, ödəmə meyillilik olur. Artıq mayenin zorla damar içərisinə yeridilməsi onda gələcəkdə ağciyər ödəmi, aşağı ətraflarda ödəm artmasına səbəb olar.

Əgər qadın normal yeyib-içirsə, özü qəbul etdiyi su ona bəsdir. Və antiviral dərmanlar da içmək qətiyyən olmaz.

Əgər laxtalanma sistemində problem varsa, əlbəttə, həkim ona qan durulducu dərmanlar verəcək, ola bilsin Aspirin versin.

Əgər qadında baş ağrıları və yaxud da ki əzələ ağrıları varsa, Parasetamol qəbul eləmək olar. Yenə də həkimin məsləhəti ilə, öz başına yox.

Sual: “Hamiləlikdə virus dölə keçirmi?”

Müxtəlif tədqiqatlar aparılıb dünya üzərində və heç bir dölyanı mayedə aktiv virus tapılmayıb. Ona görə əgər qadın koronavirus keçiribsə, o demək deyil ki, onun uşağında koronavirus var, qətiyyən! Onun uşağı sapasağlam doğulacaq.

Sual: “Koronavirus keçirən ana uşağını əmizdirə bilərmi?”

Mütləq əmizdirməlidir. 

Bilirik ki, ana südündə uşağa lazım olan immun sistemini gücləndirən hər bir şey var. Ümumiyyətlə, həm immun sistemi güclənir, həm uşağın bəslənməsi ən yüksək səviyyədə olur. Ona görə birinci 6 ay ərzində yaxşı olar ki, ana ümumiyyətlə heç bir şeylə qidalandırmasın, ancaq ana südü ilə öz balasını bəsləsin. Onda uşaq da sağlam olar, ananın da ürəyi rahat olar. 

Lakin bunu nəzərə almaq lazımdır ki, xəstə ana maska taxmalıdır və gigiyenaya riayət etmək lazımdır. 

Sual kimi: “Mən COVID keçirirəm, ona görə də həkimə getmirəm”

Ümumiyyətlə, hamilə qadın əgər COVID keçirirsə, onu gəlib ziyarət etmək lazım deyil və ya özü də lazım olmayan yerlərə getməməlidir. Lakin həkim müayinəsinə getmək olar.

“Mən COVID keçirmişəm, həkimə getmirəm” – belə söhbət yoxdur. Əksinə onun həkimlə bağlantısı daha sıx olmalıdır. Özündə gedən hər bir kiçik dəyişikliyi də öz ginekoloquna mütləq deməlidir, ya telefon vasitəsi ilə və yaxud da ki qəbuluna gedərək.

Sual: “Covid keçirən hamilə mütləq keysəriyyə olmalıdır?”

Qətiyyən! Koronavirus keysəriyyəyə birbaşa göstəriş deyil.

Əgər onun xəstəliyi vəziyyəti normaldırsa və doğuşuna az qalıbsa, əlbəttə, doğuşa qədər həkim elə edəcək ki, COVİD-in yan təsirləri keçsin: qızdırma düşsün, qan laxtalanması və s. hamısı qaydaya düşsün. 

Lakin “Hamilədə koronavirus var, keysəriyyəyə getməlidir” deyə bir şey yoxdur. Öz qaydası ilə, normal doğuşla uşaq dünyaya gətirə bilər.

Ona görə mənim COVID keçirən hamilələrə tövsiyəm odur ki, öz həkimlərinizlə sıx əlaqə saxlayın, həkimlərin dediklərinə riayət edin və özbaşına, qonşunun deməyinə görə heç bir müalicə almayın.

Dr.Sevinc Mehtiyeva, ginekoloq


hello-i-m-nik-N75enfbn82c-unsplash-1200x1151.jpg

26 February 2020 Koronavirus0

Bu gün aktual olan, bütün dünyada çox mühüm bir mövzu olan və daha da vacib hala gələcəyi bəlli olan Korona viruslar və bunların etdiyi xəstəlik haqqında danışmaq istəyirəm. Korona virusları təxminən 30 ildir insanlar tərəfindən bilinən viruslardır. İlk müəyyən edildikləri vaxt sadəcə heyvanlarda xəstəlik yaratdığı düşünülən viruslardır. Fəqət bu qrup virusların bir özəlliyi vardır. Bu viruslar öyrənəbilən viruslardır. Yəni özlərini dəyişdirib yeni bacarıqlar əldə edə bilən viruslardır. Bunun sayəsində ilk olaraq 2007-ci ildə Korona virus qrupundan bir virus insanlarda xəstəlik əmələgətirmə bacarığı qazandı.


”O vaxt bu xəstəliyə Sars deyildi, yəni Severe Acute Respiratory Syndrome şəklində qısaldılaraq və o dönəmdə eynilə bu gün olduğu kimi bütün dünyada böyük bir çalxalanma oldu və orta hesabla 600-700 nəfərin ölümü ilə nəticələndi və nəzrət altına alına bildi.”



    Təbii ki, o vaxt nəzarət altına alına bilinməsinin səbəbi heyvanlardan insanlara daha çox yoluxması və yoluxma bacarığının çox məhdud olması idi. Daha sonra 2-ci Korona virus epidemiyasının 2013-2014 vaxtlarında
Səudiyyə Ərəbistanıında gördük. Ona da ayrı bir ad verildi Middle East Respiratory Syndrome (MERS) Korona virusu şəklində. Orada da xəstəlik dəvələrdən insanlara yoluxmuşdu. O vaxt bu xəstəliyin insandan-insana yoluxma qabiliyyəti yox idi. Nəticə etibarilə o zamankı epidemiya bir az daha məhdud qaldı və nəzarət altına alına bildi. Amma olduqca yüksək nisbətdə ölüm olan bir epidemiya oldu.
   Bu dəfə Çindən, yenə çox virus xəstəliyinin ilk ortaya çıxdığı yer, yaşam şəraiti və orada yaşayan insanların heyvanlarla olan həddindən artıq iç-içə yaşamaları səbəbilə yenə eyni şəkildə Çindən qaynaqlanan Korona virus epidemiyası var bu gün də. İlk dəfə dekabr ayının sonlarında müəyyən edildi bu yoluxma. Bu günə qədər də görmədiyimiz sürətlə yayılır. Çinli mənbələrin verdikləri məlumatlar ətrafında danışırıq. Çünki çox güvənilirdi, ya yox, bu mövzuda da sual işarətləri var. Çünki yoluxanların sayı və ölüm sayıları məsələsində mütəmadi olaraq o bilgilər yenilənir. Amma nə qədər sağlamdır, onu bilmirik. Çünki salqın bu şəkildə davam edərsə, Çin iqtisadiyyatı üçün çox böyük bir yük halına gələcək və bu yükü daha yüngülləşdirmək üçün bəzi tapıntıları və ya ölüm nəticələrini bir az fərqli şəkildə əks etdirmiş ola bilərlər, bunu hər zaman ağılda tutmaq lazımdır. Amma onların verdiyi bilgilərə baxsaq, bu gün etibarilə təxminən 6 minə yaxın təsdiqlənmiş, bu xəstəliyə, Korona virusuna yoluxmuş insan var Çində. 


”Bunun xaricində 15 fərqli ölkədə təsdiqlənmiş, yəni, demək olar ki, bütün qitələrdə – Avstraliya, Avropa, Şimali Amerika, bütün qitələrdə virus varlığını göstərmiş.”



Təbii ki, bu yayılma sürətilə və inkubasiya dövrünün çox uzun və bu inkubasiya dövründə də yoluxdurucu olması səbəbilə hər zaman yoluxucu olan şəxsləri, insanları təsbit etmək mümkün olmur. Yəni o baxılan hava limanlarında qızdırmanı göstərən texnikalar həmişə, hər xəstəni təsbit edə bilmir. Bu səbəblə bu yayılımın davam etməyini gözləyirik. Onsuz da Dünya Səhiyyə Təşkilatları da bu yoluxma ilə bağlı bir qrafik göstərdi. Qrafik haradasa 90 dərəcə bir bucaq ilə gedən bir qrafikdir. Yəni hər gün 2000-3000 yeni şəxs əlavə olunur və bu formada da davam edəcək. Mortalite ölüm göstəricilərinə baxdığımız zaman, əslində, çox yüksək bir ölüm göstəricisi olan bir virus deyil. Mortalite təxminən 3/100-dür, yəni oradakı verilən rəqəmlərə görə deyirik təbii ki. Məsələnin qəribə tərəfi Çin xaricində yayılan digər 15 ölkədə hələ ki, ölüm qeydə alınmayıb. Amma Çində an etibarilə təxminən 170 nəfər ölüb.
Bu xəstəliyin digər ölkələrə də yayılacağını da təxmin etmək falçılıq olmaz. Yəni bütün virus ataklarında bu belə olub. Burada edilməsi lazım olan şey bu virus açısından ən riskli olan xəstəlik qrupunu və insanları mümkün olduqca ilk planda qorumaq və daha sonra da bütün camaatı qorumaqdır. Çünki mortaliteinin ölüm göstəricisinin ən yüksək olduğu bölüm yenidoğanlar və yaşlılardır. Xüsusilə əlavə bir xəstəliyi olan, yəni immunitetlə əlaqəli problemləri olan, immunitetsalıcı dərmanlar istifadə edən, əlavə ağciyər xəstəliyi olan, hər hansı bir KOAH kimi, astım kimi ağciyər xəstəliyi olan və ya ürək xəstəlikləri olan və ya xroniki böyrək çatışmazlığı kimi immuniteti zəiflədən xəstəlikləri olan insanlarda özəlliklə mortalite göstəricisi çox yüksək. Bu səbəbdən primer olaraq birinci dərəcədə ilk planda qorunması lazım olan xəstələr bunlardır. İkinci planda da təbii ki, ümumi hər kəsin görməsi lazım olan tədbirlər var. Riskli olan xəstələrin mümkün olduqca kütlə içində çok fazla sıxlıq yerlərə girməməsi. Biz istiqanlı insanlarıq. Əl ilə görüşmə, öpüşmə kimi adətlərimiz var. Bu adətləri ən azından bu dövrdə hər kəsin üzrlü nəzərə alıb çox da bu görüşmə üsullarına müraciət etməməsi ilk planda görüləcək tədbirlərdir.
   Digər bir ən vacib məsələ təbii ki, maska istifadə olunmasıdır. Yəni, xüsusilə riskli xəstə qrupunda olan yaşlı xəstələr, immun sistemlə əlaqəli problemi olanlar və ya başqa xroniki bir xəstəliyi olan, bir az əvvəl saydığım xəstəliklərdən birisi olan insanlar mütləq çölə çıxdıqlarında maska istifadə etməyi vərdiş halına gətirmələri lazımdır. Təbii ki, bu dediyim şeylərin hamısı ilk təsdiq olunmuş şəxs Azərbaycanda ortaya çıxana qədərdir. Yəni bu gün dərhal təlaşa düşəcək bir durum yoxdur. Mövsümi qrip vəbalı bir atak dövründəyik.


Yəni bizdə, Azərbaycanda mövsümi qrip, bizim köhnə donuz qripi dediyimiz şey, əslində, hazırda mövsümi qripdir, təkrarlanan qrip halını alıb. Ona bağlı məhşur xəstəlik cədvəli var toplumda. Xəstəxanalara müraciət edən qriplilərin böyük bir hissəsi H1N1 dediyimiz bu qrup qripə daxil olur.



Bu səbəbdən bunlarla Korona viruslarını insanlar qarışdırırlar. Amma təbii ki, bizim də bu dünyada yaşadığımıza görə və ətraf ölkələrlə ünsiyyətdə olduğumuza görə bizdə də olma ehtimalı var, bunu qəbul etmək məcburiyyətindəyik. İlk şəxs sübut edildikdən sonra, təsbit edildikdən sonra xəstəliyin yayılmaması üçün riskli olan insanların və camaatın görməsi lazım olan bəzi tədbirlər var. Bunlar dediyim kimi, birincisi insanlarla, çoxluqla təmas halında olmamaq, ikincisi maska, əlcək və əl dezinfeksiyasının istifadəsini bir vərdiş halına gətirmək. Virusun yayılmasını əngəllədiyi və ya yavaşlatdığı ən çox təsbit edilmiş şeylər bunlardır. Xəstələrin xəstəxanaların qəbul etməsi və yatma zəruriyyəti olanların yatırılması üçün Səhiyyə Nazirliyi çox güman ki, müəyyən standartlar qoyacaq. Bununla bağlı biz öz xəstəxanamızda öz əməkdaşlarımıza bir bilgiləndirmə və belə durum olduqda necə davranacaqları ilə bağlı bir fəaliyyət planı hazırladıq, bir təlim verəcəyik. Belə bir halla qarşılaşsaq, personal bu xəstəliyin yayılmasını əngəlləyəcək formada necə davranacaq, xəstə əgər yatırılırsa, necə müəyyən edilməsi lazımdır, necə izlənilməsi lazımdır, bunlarla bağlı onlar üçün kurslarımız olacaq. Biz hazır olub özümüz bu xəstəliyin bizə də gəlmə ehtimalı ilə üzləşəcəyik və bununla yaşamaq lazımdır.




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!